Həyatın anlamı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 076
Səs ver:
(səs: 0)


Həyatın anlamı
Həyatın Mənası…

 Həyat düşə qalxa getdiyin dolambaçlı bir yolmuş məgər...

Sənə soruşulmadan bəxş edilən ən böyük hədiyyə…

Halbuki əlindən gələnin ən yaxşısını etsənsə də yetməyə bilirmiş...

Gözləmələrinin tarazlığını tapmaq üçün isə çox səy lazım olarmış...

Bəzi xəyal qırıqlıqları illər sonra belə xatırlanırmış...

Bəzi sızılar da qalırmış incədən. Xatırladığında içini titrədən...

"Kaş ki"lər də varmış, "yaxşı ki"lər də. Təcrübə deyilən şey fərdiymiş; qulaqdan dolmalar öyrənməyə çatmazmış...

Xatirələrdən ibarət olurmuş sonra sonra…

Kimi gülümsəmələr səhifə aralarında qalırmış; kimi incikliklərsə ürəkdə… Dərinlərində…

İtkinlərin olurmuş yeri heç dolmayacaq boşluqlar buraxan. Məsələn hər vaxt gülər üzüylə xatırladığın atan çıxırmış qarşına… Birdən… Köhnə püskü tozlu fotoşəkil albomlarında barmaqlarını gəzdirirmisən bir daha heç görə bilməyəcəyin albom yarpaqlarının arasındakı üzündə...

Keçmişinlə üzləşib səhvlərindən dərs çıxarırmısan; bir daha eyni yanılmaları təkrarlamayacağını bilərək, özündən daha əmin, möhkəm basarkən yerə...

Bəzən… Üçün cız edirmiş köhnə günləri düşündüyündə. Bəzən də böyük gülümsəmələr yayılırmış bütün üzünə; dayandıq yerə xatırladığın komik anlar ürəyini yumşaldarkən.

Boşa xərclədiyin zamanlara kədərlənirmisən sonra. Hər saniyənin qiymətini daha da bilərək.

Yeni sözlər verirmisən hər yeni günlə…

Sonra… Sonra… Verdiyin sözləri pozurmusan, hər yeni günlə… Bir tərəfin "İnsanım mən," deyə özünü ovudarkən digər tərəfin zəif tapırmış səni… Özünü belə tam tanımadığını fərqinə varırmısan bunları düşünüb aynada öz gözlərinin içinə baxarkən.

Başqa başqa qorxular qucaqlayırmış ətrafını zamanla. Qorxmadıqlarından qorxmağın lazım olduğunu öyrədirmiş həyat sənə tərs künc edərək. Ən güvəndiyin budaq əlində qırılırmış bəzən. Ya da ümid etmədiyin yerdən bir kömək əli uzanırmış nağıllardakı kimi.

Ən yaxınındakı incidirmiş səni bir sözüylə, mimikasıyla.

Layiq olmadığın davranışlar görürmüsən ətrafdan. Haqqında danışılanlara qulaq qonağı olurmusan bəzən, birdən.

Özünü izah etmək məcburiyyətində qalmağın ağırına gedirmiş bəzən. Məni bilən bilər deyib kəsdirib atırmısan amma, bilmirlərmiş məgər. Bunu da öyrənirmisən.

Hər kəsi olduğu kimi qəbul etməkdən bəhs edənlər olurmuş; həm də səni ən çox rədd edən, olduğun kimi qəbul etməyənlərdən.

Öyrənmək sonsuzmuş. Özünü kəşfin belə bitməyən bir səfərmiş.

İzdihamlar içində yapayalnız hiss etdiyin zamanlar olurmuş. Bütün enerjinin torpağa çəkildiyini hiss etdiyində hara qaçacağını çaşdığın anlar… Halbuki qaçıb gedə bilmirmisən bəzən. Zərurətlər bağlayırmış ayaqlarını. "Bu da mənim üçün," deyirmisən. "Bununla da üzləşməm lazım."

Və birdən "indi"ni yaşamanın lazım olduğunu fərqinə varırmısan keçmişin təsirindən, gələcək qayğısından sıyrılmağa çalışaraq. Kiçik körpələrindən öyrənirmisən bunu həm də… Bir saniyə əvvəl ağlayan kiçiyinin səni gördüyündə işıqlanan yüzünü fərqinə vardığında… Qoxusunu doya doya içinə çəkdiyində:

"Bəlkə də həyatın mənası budur," deyirmisən… "Təbii əgər bir mənası varsa."

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri