Seni tanıyana qeder...!

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2604
Paylaş:
Səs ver:
(səs: 1)
Seni tanıyana qeder...!

Seni tanıyana qeder...!

Söz demeyin bu qeder çetin olduğunu bilmirdim...

Bunları seni tanıyandan sonra öyrendim...

Çox danışardım,deyib gülerdim...Heyat menimçün sevimli ve şen idi...

Seni tanıyana qeder...!

Seni tanıyandan sonra lal olmaq istedim...Seni tanıyandan sonra dilim söz tutmadı...Kelmeler ağzımda böyük bir daş parçası olub şişdi...

Mümkünat ve imkansızlığı eyni anda yaşamq nedir bilmezdim...Heyatda menimçün ölümden başqa her şeyin çaresi var idi...İstesem tek başına dünyanı feth eder,dağ üstüne dağ qoyardım...Her kesden güclü,her kesden qüvvetli idim...

Seni tanıyana qeder...!

Seni tanıyandan sonra qollarım yanıma düşdü...Taqetim kesildi,dizlerim büküldü...,kiçik ve cılız bir uşağa döndüm...Elinden bir iş gelmeyen topal bir qocaya çevrildim...

Gecelerim rengareng,sakit ve rahat idi...Her gün bir xeyal qurar,ve her seher o xeyalımın serxoşluğuyla oyanardım...



Sabahlarıma gün doğardı,gecelerimi ay-ulduz bezerdi...Men var idim,bir de bütün dünya...

Seni tanıyana qeder...!

Gecelerim yuxusuz,tenha ve sessiz...Yuxularımın yerinde qarma-qarışıq kabuslar ve bunların şekillendiyi qan sızmış gözlerim var...

Xeyallarım bayquşların meskeni,serxoşluğum şerab serxoşluğu...Sabahlarıma zülmet qaranlıq doğdu,gecelerimi ise bir cüt qara göz bezedi...



Kitablarım var idi,oxuduqca bir dünyadan bir dünyaya qonduğum...,her sehvesinde ümid tapdığım,her qehremanında öz eksimi gördüyüm kitablarım...

Şekillerim var idi,tebessüm etdiyim,dostlarımla eylendiyim...Ömrümün kadrlarını hopdurduğum şekillerim...

Seni tanıyana qeder...!



İndi kitablarımın sehvelerinde deyil bir dünya,bir qarış torpaq bele tapa bilmirem,dizlerimi büküb oturmağa...Qehremanlarım adileşib,acizleşib...

Şekillerim xezan kimi saralıb,gülüşlerim donub üzümde...Dostlarım yox olub,tanışlarım itkin düşüb...Bütün heyatım donub şekillerde...

Göz yaşlarım var idi,sevinc göz yaşlarım...Her damlasında gül bitirdiyim...

Öpüşlerim var idi,neçe-neçe qelbi feth etdiyim,isti ve heyecanlı...

Yerişim var idi,qelbleri diqqete  getirdiyim...Duruşum var idi,üreklere köz salan...

Seni tanıyana qeder...!

Göz yaşlarım quruyub,sehrada suya möhtac qalan torpaq kimi...Artıq gül yox,qanqal bitirirem...Dodaqlarım cadar-cadar olub,çatlayıb...şaxtadan donmuş yer kimi,soyuq ve sönük...

Belim bükülüb,ayaqlarım bedenimi daşımaq istemir...



Bir zamanlar alqışlanan,indi qarğışlanan olmuşam...

Bir qelbim,bir ruhum,bir de men var idim...Severdi qelbim delicesine,uçardı ruhum yasaq nedir bilmeden...



Men var idim,bütün bunlarla fexr eden...

Var idim...!

Seni tanıyana qeder...!

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2604
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook