Yeni İlə Sənsiz Girəcəm

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 112
Səs ver:
(səs: 0)

 Budur bitdi bir il daha, necə keçdi anlamadım deyərlər ya; mən hər gününü, hər saatını anladım. İçim qovruldu ağrıdan, qanadı, hətta keçmədi günlər; əvvəl gecə, sonra səhər olmadı.

Yeni İlə Sənsiz Girəcəm
Bir il daha azaldı ömürümdən, bir il daha bitdi. Əlimdə bir sənin xəyalin qaldı, bir də nə qədər sürəcəyini bilmədiyim bir ömür….
Bu iztirab könülümü qanadaraq, zamana qarşı qoya bilməmək insan acizliyi; onsuz da çox aciz deyilikmi, böyük sanarkən özümüzü? Bir zərrə qədər dəyərimiz yoxkən  kainatda, bu dünya deyilən bizə görə böyük amma özündə qum dənəsi qədər olan daş parçası üstündə, qarışqadan belə daha kiçik deyilikmi? 
Zamanı da biz yaratmadıqmı? Biz insanlar təyin etmədikmi ayı, ili, günü? İndi sənsiz keçən bütün günlərə, bir də yeni il əlavə edən insanoğlunamı hirslənməli? 

Nə mənası var zamanın, saatın, təqvimin nə mənası var? İstər 2013 olsun, istər 2053, ürəyim bu ağrıyla alovlanırkən, mənə yeni il nə yazar?
Mən sənsizliyin çevrəsindəyəm, günlərim sən, ayım naməlum, saatın içindəki dəqiqələri sayaraq gözləyərkən dönərsən deyə, neçə ili düşünüm kədərsiz?
Əslində boşuna bu gözləyişlər bilirəm. Bu acı da, bu zaman da keçəcək… Onsuz da zaman dediyin nə ki? Günəşin ətrafında dönüb dayanırıq, ona da gün deyirik. Bir itir günəş göz qarşısından, bir ortaya çıxır. Biz də ona görə bir yatırıq, bir oyanırıq. 

Belə keçir ömür…..
Yeni il gecələri, hər kəs 10dan geriyə doğru sayıb sevdiyinə sarılacaq və mənim ən çox o anda gözlərəm dolacaq. Kimsəsizliyim sifətimə yumruq kimi enəcək və bir daha ağılıma gələcək sənsizlik, yenə canım yanacaq. Yoxsa il 2013 olmuş, 2055 olmuş nə fərq edər?
İllər keçdikcə mən belə təkmi qalacağam? Hər yeni ildə başqa birinin yoxluğunamı ağlayacağam? Bu nizamda bir qəribəlik yoxmu? Bu il sən məhrum deyə gözyaşım, kim bilir nələr olacaq, bəlkə dolu düzümün aşiq olacağam, bəlkə yenə tək qalacağam; kim bilər?

Yox! Bu belə olmaz! Ağıl işi deyil hər yeni ildə üzmək özünü… O zaman dəyişdirməli bu ürək deyilən orqanın işləyişini. Qalx qızım ayağa! Bu ömür sənin, yığ özünü! Yeni ilə yeni bir ürəklə girəcəksən işdə, yaxşı deyilmi? Yeni bir evə daşınmaq kimi! Yeni bir dəftərə başlamaq kimi! 
İçində mən yaşadıqdan sonra, o səhifələrə mən yazdıqdan sonra, yeni birini mən sevdikdən sonra; gerisi əhəmiyyətlimi? 
Yeni ilə sənsiz də girə bilərəm amma əhəmiyyətli olan hələ sevgiyə inanır olmam deyilmi? Necəsə taparam bu həyat yolunda əlimdən tutacaq doğru adamı… Ah, nə yaxşı olmuş getdiyin be köhnə sevgimli…..
Tərcümə və Redaktə etdi: PURE LOVE






(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri