2013 ün möcüzəsi yeni sevgi

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 5 435
Səs ver:
(səs: 0)
2013 ün möcüzəsi yeni sevgi
Bu il, digər illər kimi, yeni başlayan şeylərin həyəcanıyla doluyam və sevirəm yaşlanmağı. Bunu bir çox adam qəribə tapsa da, mən yaşadıqca keflənirəm bu həyatda. Gənclik dediyin sərxoş olmaq kimi amma içdiyinin də kefini çıxarmadan.
Ona görə zaman keçsin istəyirəm. Hanı mənə itən illərimi versələr deyə bir ehtirasım filan yox. Verməsinlər lütfən, mən bu yolu çox çətin getdim, indi hamısını sil başdan yaşaya bilməm, onsuz nə gərək var?

Keçmişin peşmanlıqları və kaşkiləriyle yola davam edə bilməz insan. Mənə kimsə keçmişimi verməsin, mən onsuz da oradan gəlirəm. Mənə kimsə gələcəyimi də verməsin mən onsuz daoraya doğru gedirəm. Mənə bir şey verməsinlər yəni işin özü…
Mən mümkünsə bütün bu yaşanmışlıqlarımı yığım, yığım, cibimdə götürdüyüm dərslərim, gözümün kənarında yaşadığımın isbatı xəttlərimlə, artıq daha müdrik bir ruh olaraq gedim. Sevməyi öyrənim məsələn, daha çox sevə biləcək qədər rahat olsun ağılım, ruhum.

Bəzilərindən, bir yerlərdən möcüzə gözləməyim. Möcüzəni öz içimdə tapmış olum. Həyatdakı bütün qiymətli şeyləri anlamış, dadmış və qavramış olum.
Daha naşılıq zamanlarında edilməsi lazım olan səhvləri zamanında etmiş və indi sahib olduğum yetkinluqla daha əmin addımlarla gedir olum. Ətrafıma faydam olsun, bildiklərimi paylaşım, daha çox öyrənim, daha çox oxuyum.
Mənim 2013 dən başqa bir gözləməm yox. Daha çox sevə bilim. Yaxşı bir yol yoldaşına sahib olum. Yaxşı bir ömür üçün bədənimə və ruhuma yaxşı baxacaq qədər şüurlu olum.

2013 ün  möcüzəsi eşq olsun mənim üçün, onun da özümdə gizli olduğunu biləcək qədər ağıllı olum. Madam bir il daha yaşlandım, haqqını verəcək və həyatı qollarımı açıb qucaqlaya biləcək qədər cəsur olum, başqa bir şey istəməm.
Tərcümə və Redaktə etdi: PURE LOVE

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri