Hər şey səndə gizli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 623
Səs ver:
(səs: 2)

 
Yerin səni çəkdiyi qədər ağırsan
Qanadların çırpındığı qədər yüngül..
Ürəyinin atdığı qədər canlısan
Gözlərinin uzağı gördüyü qədər gənc...
Sevdiklərin qədər yaxşısın
Nifrət etdiklərin qədər pis..
Nə rəng olursa olsun qaşın gözün
Qarşındakının gördüyüdür rəngin..
Yaşadıqlarını qazanc sayma:
Yaşadığın qədər yaxınsan sonuna;
Nə qədər yaşasan yaşa, Sevdiyin qədərdir ömürün..
Gülə bildiyin qədər xoşbəxtsən
Kədərlənmə bil ki ağladığın qədər güləcəksən
Əsla bitdi sanma hər şeyi,
Sevdiyin qədər seviləcəksən.
Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər
Və qarşındakına dəyər verdiyin qədər insansan
Bir gün yalan danışacaqsansa əgər
Burax qarşındakı sənə güvəndiyi qədər inansın.
Ay işığındadır sevgiliyə hiss edilən həsrət
Və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan
Unutma yağışın yağdığı qədər yaşsan
Günəşin səni istilətdiyi qədər isti.
Özünü tək hiss etdiyin qədər təksən
Və güclü hiss etdiyin qədər güclü.
Özünü gözəl hiss etdiyin qədər gözəlsən..
İşdə budur həyat!
İşdə budur yaşamaq, bunu xatırladığın qədər yaşayarsan
Bunu unutduğunda aldığın hər nəfəs qədər üşüyərsən
Və qarşındakını unutduğun qədər tez unudularsan
Çiçək sulandığı qədər gözəldir
Quşlar kənar bildiyi qədər sevimli
Körpə ağladığı qədər körpədir
Və hər şeyi öyrəndiyin qədər bilərsən bunu da öyrən,
Sevdiyin qədər sevilərsən...


Redakte etdi: PRETTY_GİRL
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri