Əbədi sevgimsən!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 244
Səs ver:
(səs: 0)

Əbədi sevgimsən!

 

Əbədi sevgimsən!


Bir neçə saat idi ki, oğlan özünə yer tapa bilmirdi. Artıq bir neçə saat idi ki, sevdiyi qızdan xəbər tuta bilmirdi. Telefonuna zəng çatmırdı. Hər dəfə telefonu ümidlə əlinə alırdı oğlan. Hər dəfəsində də közərən ümidlərinə su çilənirdi. Nigarançılığı böyüyürdü. Artıq səbri qalmamışdı. Cəsarətini toplayıb qızgilə getdi. Nə biləydi ki,ürəyini qurban verməyə gedir... Nə biləydi ki, içində bəsləyib böyütdüyü �arzu�çiçəklərini kökündən qoparmağa gedir...
Eşitdikləri öldürdü oğlanı. Indi ancaq nəfəs alan ölü idi o. Gözüyaşlı bacısı qızın qaçırıldığını söylədi: �Düşünmə ki,o sevginizə dönük çıxıb. Yox! Əsla!..Bunu anam etdi. Odur günahkar! �Ana�deməyə dilim də gəlmir. Hansı ana öz qızını uçuruma atar?..Hansı ana öz əlləri ilə qızının xoşbəxtlik dünyasını dağıdar?.. Necə baxacaq onun gözlərinə? Necə bəraət qazandıracaq özünə?.. Bilmirəm...�
Qapını bağladı. Bu qapı həmişəlik bağlandı oğlanın üzünə...İllərlə qurduğu gələcək,hər şey dağıldı... Nə etsin? Hara getsin? Yolun ortasında donub qalmışdı.Yaşları idi bircə həmdəmi...
Deyirlər zaman ən dərin yaraları sağaldır. Amma bu heç də belə deyil. Zaman sadəcə olaraq yaraların üstünü örtür. Altda isə yenə həmin yara,yenə həmin ağrılar ilk gündə olduğu kimi qalır...Oğlan hələ də qızın ona yadigar buraxdığı acılı-şirinli xatirələrlə yaşayırdı. Xəyalında hələ də onun idi o qız. Hər gecə öz xəyali gözəli ilə görüşür,şirin gülüşünə,vurğunu olduğu gözlərinə doyunca baxırdı,saçlarını oxşayırdı...Atdığı hər addımda o var idi. Artıq tək keçirdi bir vaxtlar əl-ələ keçdikləri o küçələrdən. Zaman keçirdi,ağrılarsa yox...
Günlərin birində qızı gördü təsadüfən...Tək deyildi. Qucağında gülüzlü körpə vardı. Necə də gözəl görünürdü körpəsi ilə. Bir-birinə həsrət qalan gözlər bahar buludu kimi doldular.5-10 addım ayırırdı onları. Yox! Təkcə bu məsafə deyil! Anasına şirin baxışlarla baxan o məsum körpə...o ayırırdı onları. Gözlər danışırdı uzaqdan uzağa...�Mən heç unutmadım səni...Həmişə qəlbimdəsən,ürək döyüntümsən...Bircə şey üçün yaşayıram indi. Körpəm üçün. Odur məni həyata bağlayan. Yoxsa sənsiz mən də yoxam...�deyirdi qızın gözləri. Oğlan:�Bilirəm,gülüm. Biz iki bədəndə bir can idik.�Unutmaq�...Söz asan,əməlsə çox çətindir,çox...Əvvəllər təkcə mənim idin. Indi isə həm də onunsan...Bağrına basdığın o dünya gözəli körpənin...Gülüm,sevgimiz ölümsüzdür. Qovuşa bilmədik bu dünyada. Ruhlarımız qovuşacaq bir gün,gülüm...O vaxt əbədi mənim olacaqsan...mən də sənin...Əbədi!..�Yenə də ayrılıq qılıncı üzdü sevgi bağlarını...Hərəsi öz yoluna getdilər-qız öz körpəsi naminə yaşadığı ailəsinə,oğlansa yalnızlığına..

Həmişə demişəm ki,valideynin xeyir duası olmadan qurulan ailə uzun ömürlü,xoşbəxt ola bilməz.Amma sizcə valideynlərin bu dərəcədə öz övladının hisslərini anlamaması,onu istəmədiyi biri ilə ailə qurmağa məcbur etməsi nə qədər düzgündür?


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri