Boş ver deyirəm amma boş yerə.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 074
Səs ver:
(səs: 1)


Bəzən davam edəcəm deyirsən, bitdi deyirsən. Bir gün, iki gün... bəs sonra? Sonrası yoxdur. Verdiyin sözü unudursan. Hər kəsi, hər şeyi unudursan amma alınmır. Düşünürsən ki, niyə xoşbəxt deyiləm? Kimsəyə yalandan "canım” , "Seni sevirəm” , "darıxıram” demədim deyə? Yalansevdalarla kimsəni incitmədim deyə? Yalan sevdalardan o qədər qorxub içinə qapanırsan ki...Bir gün "O” gələndə onu da yalan bilib üz çevirisən. Və bir an gəlir ki, onun sevda olduğunu anlayırsan amma nə fayda artıq o gedibsə. Əlbəttə biz alışmışıq axı itirdikdən sonra qiymət bilməyə. Gedənin arxasıdan baxmağa...Qürur dediyim duyğuməni elə bir hala saldı ki, indi kömək et deyirəm yenə əyilmir. Peşmanlıq desəm içimi yandırmaqdan başqaheç nə etməz. Ürəyim sev dedi. Sevdim indi kömək et deyirəm.Çarə ol deyirəm. O da məndən üz çevirir. Gecələrdə də nə sirr varsa göz yaşımla birləşir. Ağlım... yalnız o deyir sənə uzaq ol dedim. Amma nə edim ? Doğru insan olsa da yalnış zamanda gəldi. İndi doğru zamandır amma gecdir. Mən səndən getdiyimi düşünmüşdüm amma səni tərk edərkən özümü tərk etmişəm. Dünyam sən olmusan özümdən xəbərsiz. İndi sevirəm desəm, gəl desəm...Haqqım yoxdur. Bir şansım daha olsa geri dönə bilsəm yenə səni istəmərəm. Sənin dünyanı yenə dağıda bilmərəm.Səndən gedərkən canımı yandırdın dedin.İndi mənim canım o qədər çox yanır ki. Bilmirəm sənin canın bu qədər yandımı...Boş ver deyirəm amma boş yerə.Səni unuda bilmirəm. Amma sən unut. Bu ayrılığı mən seçdim. Sən unut , xoşbəxt ol. O qədər xoşbəxt ol ki bir gün yanından keçib getsəm məni tanıma...
Müəllif : never say never
P.S - Müəllif hüquqları qorunur. Başqa saytlara qoyularkən saytın adı istinad olunmalıdır. Xüsusi olaraq Qadınlar.Biz üçün

Redakte etdi: PRETTY_GİRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri