Sən Unut!

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 419
Səs ver:
(səs: 2)

 Madam bu qədər asan ayrılıq dediyin, ayrılığının da haqqını ver. Heç axtarma məni, ətrafındakılardan xəbərimi alma. Madam getmək istədin, get aslanlar kimi!

Çəkib gedə bilənlərdənsən demək sən; get o zaman! Eqonla, havanla, vəhşiliyinlə çıxışın ya bu qapıdan, eynilə elə dayan, düşmə iki gündə ayaqaltına.
Madam bu qədər tez yerlə yeksan ola bilir xatirələr, həyatlar, yaşananlar; haydı bas get heç arxana baxmadan. Mənim nə etdiyimi maraqlanma artıq, kiminləyəm deyəsoruşma. Başqasının qoynundamı oyanaram, başqasıyla sevişərəmmi, yahu bunlardan sənə nə? Artıq sənin üstünə vəzifəmi mənim bədənimi qucaqlayacaqlar?
Qısqanclığı boş ver sən, qısqanmaq sahib olduğunda qiymətlidir. Yoxsansa, biz də yoxuq deməkdir. Mənim varlığım madam tək, sən də tək qalacaqsan və bu eşq bitmiş deməkdir.
Ağladığım mahnıları dinləmə artıq və ya mesaj atma mənə radioda oxunana mahnını, biz bitdik ya xatırlasansana… Hanı sən getdin bir gecə yarısı kim bilir kimin qoynuna, işdə o qaranlıq saatlarda biz bitdik. 
Sən bəziləriylə sevişməyi sınadığında, mən özümə bıçaq batırırdım. Mən qanadıqca, sən kim bilər hansı zövqlə inləyirdin. İşdə o acı dolu saatlarda bitdik biz. Sən və mən yoxduq artıq. Sən başqa bir yerlərdə, başqa bədənlərdə, başqalarıyla siz olurdun. Mən isə adımın yanından adını silməyə çalışırdım.
"Bu ağrını mənə necə unutduracaqsan?" deyə soruşdum gözlərinin içinə baxaraq, "unudarsan!" dedin. Bütün etdiklərindən daha ağır bir cinayət törətdin. 
İndi söylədiyin bu sözləri xatırlayacaqsan, madam o qədər kişisən; aslanlar kimi sən məni unudacaqsan!
Tərcümə etdi: PURE LOVE

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri