Sən mənim hər şeyimsən - Gözümsən Haqqı, həqiqəti, eşqi, günəşi, bütün kainatı gördüyüm
gözümsən. Sən mənim görən gözümsən - ışıl-ışıl parlayan, bir nöqtəyə dalan, gülən, ağlayan
gözümsən.
Sən mənim iki gözümsən Hər şeyimsən sən mənim. Qulağımsan - azanı, qağayıları, anamı, yağışı və bülbülü dinlədiyim
qulağımsan.
Sən mənim eşidən qulağımsan Ağlımsan sən mənim - yaxşını, pisi ayıran, Xeyiri, şəri anlayan ağılımsan.
Sən hər şeyimsən mənim
Zamanımsan - qətrə-qətrə çəkdiyim, zərrə-zərrə hiss etdiyim, an-an yaşadığım zamanımsan.
Sən mənim zamana meydan oxuyuşum, yanında zamanı unutduğumsan Həm dünənimsən mənim, həm də bu günüm. Unuda bilmədiyim, unutmaq istəmədiyim. Aldığım nəfəs
kimi gerçəksən.
Sən mənim sabahımsan, sabahlarımsan Sən mənim olmazsa olmazım, Sən olmadan yaşaya bilmədiyimsən.
Sənsiz bir məna ifadə edə bilmədiyimsən
Hər şeyimsən sən mənim Sevdamsan - məni mən edən, mənə məni tapdıran, ağılımı başımdan alan sevdamsan