Sadəcə oxu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 202
Səs ver:
(səs: 2)

Bir zamanlar çox sevdiyim insan; səni hələ ürəyimin bir yerlərində saxlaya bilirkən getməm lazım olduğunu anladım. Çox çox ağrımadan, ağrıtmadan, yormadan və qırmadan… 

Bütün yaşadıqlarımızı ağılımda və ürəyimdə tuturam. Aralarında unutmaq istədiklərim var və həmişə xatırlamaq istədiklərim amma artıq bir qərar verməm lazım idi.
Başımı qoydum önümə, yanına ürəyimi və ruhumu düzdüm. Uzun uzun danışdıq, suallar soruşdum, cavablarını dinlədim. İçimdə bitənləri gördüm.
Fərqli formalarda sevə bilirik səninlə, elə öyrənmişik ki. Fərqli rənglər görüb, fərqli notalardan bəstələr etmişik. Mənə görə çox əlverişsiz olan tərzini anlamağa çalışdım, bəzilərinin razı gəldiyi bu sevmə formasına, mən razı ola bilmədim.
Niyə deyə düşündüm? Niyə beləsini qəbul edim? Axtardığım, istədiyim əlaqə beləmi? Sevirəm deyə azını qəbul etməm mi lazımlı?
Sevgilərin mənaları haqqında düşündüm sonra, hansımızın sevgisi daha sıx, daha qiymətli və mənalı deyə baxdım. Səninki daha soyuq gəldi, daha yalan və sıravi…
Özümü bu şəkildə heç bəyənmədim. Özümü sənin yanında çox da xoşbəxt görmədim. Bəli, sənin kimi sarılmayacaq bəlkə heç kim bundan sonra mənə amma onarlın sarılmalarında bəlkə daha mənalı hislər tapacağam. 
Bəlkə bir daha kimsəylə belə sevişməyəcəyəm, bəlkə kimsəni bu qədər uzun öpməyəcəyəm, kimsənin yanında özümü bu qədər qadın kimi hiss etməyəcəyəm amma daha sadə əzablarım olacaq. Axşamları evə gələn birinin etibarını hiss edəcəyəm ən azından məsələn, əl-ələ film izləmənin ləzzətini dadacağam.
Küçədə simit yerkən də, ən qəşəng rəstaran da oturarkən də doya doya söhbət edə biləcəyəm bir adamla yaşlanacağam. Ya da bunların heç biri olmayacaq və mən o xəyalimdaki adamı bir ömür boyu axtaracağam.
Hansına çıxarsa çıxsın bu yol, sənin sədəqə kimi verdiyin eşqindən daha qiymətli olacaq və heç kim məni artıq sənin qədər ağrıda bilməyəcək…..
Tərcümə Etdi: N E L L I


(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri