Sevgi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 859
Səs ver:
(səs: 3)

 Unudaram deyə yorma özünü, hər sevənlə məni bir tuta bilməzsən. Bu qədər ürəkdən sevmişkən səni, elə asan deyil, unuda bilməzsən. İllər sonra bir gün səni xatırlasam, qulaqların deyil ürəyin zingildəsin. Ardından baxıbda eləcə qalan, gözlərimdə donmuş iki damlasan.
Bəzi gecələrdə səmaya baxsan ayı görə bilməzsən, amma bilərsən ki ay gecənin içində bir yerlərdə gizlidir. Eynilə yanımda olmasanda hər vaxt ürəyimdə olduğun kimi…
Sən çaylarda axan suyum, məni isladan sevda yağışımsan, sən eşqdə yol aldığım ilk gəmi dayandığım son limansan. Sən məni soyuqlayan külək, ürəyimi yaxan son atəşsən.
Ölmək dünyada unudulub getməkmiş, ölmək bir kəfən geyməkmiş, ölmək o soyuq o qorxunc və o quru torpağa girməkmiş… yox be eşqim əsl ölümü sənsizlikmiş
Ağırdır sevmələrim hər ürək daşıya bilməz, böyükdür ümidlərim hər çiyin qaldıra bilməz, hər şey olar da bu ürəyim, bir tək sənsiz ola bilməz.
Bir gülün arxasında qaçanlar tapdaladıqları tarla çiçəklərinin fərqinə varmazlar…
Sevgi...
Bir bulud kimidir mənim ürəyim başqa ürəklərlə vuruşar yağış yağdırar və bu yağışda yalnız imtina edə bilmədiklərim islanar indi toxun saçlarına mütləq yaşdır!
Sevmirəm bu saatın səsini, axmasın dayansın zaman. hər şeyin bir əvvəli və sonrası vardır deyərlər ama yalandı mən səndən əvvəl vardım bəlkə amma səndən sonra olmayacağam inan.
Eşq qaçmaqdan çox qovmaq, görməkdən çox darıxmaq, getməkdən çox gözləmək, toxunmaqdan çox düşünməkdir. Və eşq elədir ki harada qeyri-mümkün varsa onu seçər.
Gül nədir ki, solub gedər. Gün nədir ki, gəlib keçər. Atəş nədir ki, sönər gedər. Amma sənə olan sevgim sonsuzdur. Ancaq "Məzarda" bitər.
Kaş ki tənhalığım qədər yanımda olsaydın, kaş ki tənhalığımı mənimlə paylaşsaydın, kaş ki sənin adın tənhalıq olsaydı da mən həmişə tənha qalsaydım.
Elə çətin ki düşüncələrimi söyləyə bilməmək, elə çətin ki gecələr tərəfindən yatmadan həmişə səni düşünmək və elə çətin ki gözlərinin içinə baxıbda səni sevirəm deyəməmək.
Bir gül olmaq istəyərdim səbəbmi? Məni qoparıb iylədiyində vücüdunun dərinliklərinə girib. Bir daha oradan çıxmamaq üçün
                                                           

Redakte etdi:
PRETTY_GİRL
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri