Məni belə sevməlisən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 966
Səs ver:
(səs: 0)

 

 

 

Mən səni sevməyimlə qürur duymalıyam.Ağrılara gülümsəməyi bilməlisən.Həyat dənizinə atdığın hər bir qarmağa gülüşlər ilişməli, ümidlər tutmalısan.Ümidlərin bu gün doğulmuş körpə kimi olmalıdır. Keçən hər vaxt böyütməlisən öz ümidlərini. Bəzən kiçik bir təbəssümün, bəzən də böyük ürəyindən axan sevgin yaşatmalıdı məni...

 

Sevdamız sərhədsiz və ölümsüz olmalıdı. Həyata dair nə varsa paylaşmalısan mənimlə sevincini, kədərini mən də bilməliyəm. Göz yaşlarımızı gizləmədən ağlaya bilməliyik, sevinclərimizi paylaşıb gülə bilməliyik.Qorxduğunda heç kəsin bilmədiyi sığınacağın olmalıyam. Qorxularımızı birlikdə məğlub etməliyik.İçimdə olmalısan yanımda olmasan belə hiss etməliyəm varlığını hər zaman. Tutqun da olsam aşiq də olsam sənə sevgimin əvəzi ölüm olmamalıdı yaşatmalısan məni öz sevginlə...

 

Məni hər şeyimlə qəbul etməlisən, "mən buyam", "beləyəm" deyə bilməliyəm qorxmadan çəkinmədən.Kədərləndiyimdə dinclik tapdığım qucaq, xoşbəxtliyimdə sarıldığım bədən olmalısan.Bütün mahnılarım sənə xitab edilməli, şeirlərimin ilhamı, bütün söhbətlərimin mövzusu sən olmalısan...

 

Bədənimdəki bütün hüceyrələrimdə sən olmalısan, damarlarımda sən gəzməlisən, sənin damarlarında da mən gəzməliyəm qan yerinə...

 

Canım olmalısan, sən yaşatmalısan məni, canın olmalıyam mən yaşatmalıyam səni.Sən və mən olmamalıyıq biz olmalıyıq yalnız biz.Tək ürək, tək bədən, tək can olmalıyıq.Mən məni səndə yaşamalıyam sən də səni məndə yaşamalısan.Nağıllar danışmalısan sevgiyə dair, sevgidən yol açmalısan ürəyinlə ürəyimə.Ayrılıq sözləri keçməməlidi sözlərində.Sən saçlarımı oxşayarkən belə, yanımdaykən belə ürəyimdəki dənizlərdən, həsrət şeirləri oxumalıyam bütün dəli dalğalar pıçıldamalıdı qulağına mənim şeirimi.

 

Mənim olmalısan, "mənimsən" deyə bilməliyəm.Sənin olmalıyam "mənimsən" deyə bilməlisən. Sevirsənsə tək sevdiyin mən olmalıyam.Hirslənib mənə qışqıra bilərsən, hətta küsüb gedə də bilərsən amma qürurunu yenib mənə qayıtmalısan, sevdiyini dəfələrlə söyləməlisən.Nifrətini bütün acığınla qışqıra bilərsən, giley edə bilərsən amma onu da bilməlisən ki mən səni hər halınla sevirəm...

 

Düşüncələrində yalnız mən olmalıyam, xəyalımla ürəyini mən bəzəməliyəm.Gözlərindəki sevgi qığılcımı ilə yalnız mən yanmalıyam, mənim atəşimlə də sən yanmalısan.Ürəyinlə qucaqlamalı, gözlərinlə isitməlisən məni.Sənləykən ölümdən belə qorxmamalıyam.Get dediyində üzümü turşutmadan getməliyəm.Qal dediyində atəşinlə daha çox yanmalıyam.

 ALLAHdan sonra tapındığım tək varlığım sən olmalısan.Ürəyimdən gələn səslə "mənimsən" deməliyəm.Sənin ruhun məndə, mənim ruhum isə səndə olmalıdır.

Bax məni belə sevməlisən...

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri