Ağlamadım...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 184
Səs ver:
(səs: 2)

alt

 

Hər dəfə doluxsundum ağlamaq istədim. Hər dəfə bağışladım sevilmək istədim. Ürəyimin döyüntüsünü dinlədim məni sevdiyini eşitmək üçün. Qoxunu iylədim güllərin ətrini almaq üçün. Telini oxşadım səni uyutmaq üçün. Hər dəfə də doluxsundum ağlamaq istədim. Ağlamadım. Bəlkə səni itirməkdən qorxdum. Səni itirməmək üçün ağlamadım. Axı göz yaşımın hər damlasında sən vardın. Gözlərim məndən xəbərsiz ağladı göz yaşlarım içimə axdı və alov kimi yandırıb-yaxdı. Ürəyim yandı qışqırmaq istədim. Susdum. Dodağım-dodağımdan qopmamaq ucun. Hər dəfədə doluxsundum ağlamaq istədim. Ağlamadım. Güldüm. Təbəssümümü sənə bağlamaq üçün. Röyalarımda səni görmək istədim. Hər gecə yuxuma gəlməyin üçün. Sevgi bağımızda çiçək olmaq istədim sənin əllərinlə dərilmək üçün. Ocaq olmaq istədim səni nəfəsimlə isitmək ucun. Ağzında dilin olmaq istədim sözünün şirinliyini dadmaq üçün. Dodağın olmaq istədim öpüşlərin olmaq üçün. Sənin olmaq istədim dəli kimi sevdiyim üçün.Xəyal olmağını istədim heç kəsin səni görməməyi üçün. Kar olmanı istədim fəryadımı eşitməmək ucun. Lal olmanı istədim başqasını sevdiyini deməməyin üçün. Hər dəfə də doluxsundum ağlamaq istədim. Ağlamadım. Artıq heçnə istəmirəm olmayacağını bildiyim üçün. Hönkürüb ağlamaq istədim ürəyimi boşaltmaq üçün. Ağlamadım. Həmişəlik urəyimdə olduğunu bildiyim üçün !!!

 

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri