++++++++++++++Ağrımmı? Keçmədi.. Alışdım yalnız.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 143
Səs ver:
(səs: 0)

İnsanlar keçmişlərinə ən böyük xəyanəti unudaraq edər. Mənim keçməyən keçmişim həmişə indidə dayanır. Xatirələr unutmağı çətinləşdirmək üçün verilmiş cəzalardır sevgilim. Mən bu cəzaya gülümsəyirəm. Sənin buraxdığın heç bir şey ardımda qalmadı mənim. İnsana ən uzaq düşən şey, bilərək geridə buraxdıqlarıdır çünki.. Ürəyimdəki yerinə heç xəyanət etmədim. Gedişin heç bitmədi məndə. İtirəcək də olsam bir yolum vardı səndə. Və həyat o qədər nizamsızdır ki bəzən, oyunu qaydasına görə oynamaq belə qazandırmaz insana. Səni itirəcəyəmi bilə-bilə oynadım bu oyunu. Utanmaqdan utanmadan.

Ağrımmı? Keçmədi.. Alışdım yalnız.
Məni xoşbəxt edəcək yalanlar söyləməyi öyrəndim sənsizlikdə.. Susdum eləcə. Danışa bilmədim sənsizliklə. Gedişini haqlı göstərəcək uyduruk bəhanələr tapdım özümə. Susdum eləcə. Kimsə mənim qədər səssiz susamazdı. Onsuz da o köhnə dadı da qalmadı susmaların; kimə soruşsam danışır indi. O qədər susdum ki sənsizliyə, səssizliyimdə boğuldum hər gecə. Çox düşündüm səni düşünməməyi. (Düşünməklə olmurmuş səni düşünməmək). Kaş ki, mənə məni necə unutduğunu öyrətsəydin, bəlkə mən də sənə xəbərdar etdim. Anlamadığım tək şey; məndə dayanan zaman səndə necə keçir?

Ağrımmı? Keçmədi.. Alışdım yalnız.
Mən səndən xoşbəxt bir son deyil, xoşbəxt bir sonsuzluq istəmişdim. Anlamadın! Bəlkə də səni gözəlləşdirən, həyatın çirkinliyi idi. Bunu da mən anlamadım! Görəsən mənimlə xoşbəxt olduğun üçünmü bərabər idin yoxsa mən xoşbəxt olduğum üçünmü? Bu problemin də cavabını buraxmadın. Yalnız getdin. Eşq nə sənin məndə gördüyündür nə də mənim səndə gördüyüm. Eşq; birlikdə gördüyümüzdür sevimli. Səninlə eyni deyilmiş eşqə baxışımız. Sən məndən qüsursuz bir eşq istədin, mən səndən yaşana bilər bir eşq. Bəlkə bu əsrin insanı deyilsən deyəcəksən mənə, amma məncə eşq qarşındakı insan lüm-lütkən belə gözlərini onun gözlərindən ayırmamaqdır sevimli. Bu qədər təmiz sevərkən səni, böyük bir həyatı çirklədib tərk etdin məni. Bu həyat səni unuda biləcəyəyim qədər uzun deyil sevdiyim.

Ağrımmı? Keçmədi.. Alışdım yalnız.
Sən bir qatilsən amma cinayət törətmədin. Cinayət törətmədən qatil olanlar yalnız ürək qıranlardır. Kaş ki "məni" öldürsəydin; ürəyimi deyil! Kədərlənmə əsla. Yaşayan ölülərə yas tutulmaz sevimli. Şəbəkələrkən belə gözəl qalmağı bacara bilən yüzünlə xatırlayıram səni. Mənsiz də yaşaya biləcəkkən, məni seçən idin o zamanlar. Necə də inanmışdım danışdıqlarına. "Sevdim" demişdinil, xatırla. Halbuki sevilməkdən əvvəl güvənilmək istəyərdim mən. Daha ilk qısqanclığımda çəkib getdin. Qısqanmaq aşan eqoist yüzüdür sevgilim. O qədər dəmi xətirim yox idi səndə? Eşqi peşə əldə etmiş ürəyin məgər nə qədər də hazırmış hər yeni başlanğıca qəmli bir sona çatmağa… İçindəki əskikliyi boşluq zənn edən sevgilim; indi gözlərəmiyin hər vuruşmasında qırılan ürəyimin parçaları həyatıma batır bilirsənmi?

Ağrımmı? Keçmədi.. Alışdım yalnız.
Aramıza qeçə dünya girdi kim bilər? Səndən sonra elə böyük əvəzlər ödədim ki… Sənin yalan və xəyanətə ödədiyin əvəzin çox daha ağırını mən dürüstlüyümə ödədim. Ömürünə qatdığın xoşbəxtliyi, mənim həyatımdan oğurlamağın doğru idimi sən tərəfindən? Gözlərin məni axtararkən məndən əvvəl neçə gözdə çirkləndi kim bilər? Bunun hesabını heç soruşmadım mən sənə. Amma sən keçmişimi qəbul edə bilmədiyin üçün, keçmişimə sahib olmağa çalışdın. Mənim olmaq üçün deyil, aid olmaq üçün sahibləndin. Yenə yanıldın! Dəyişərsən deyə çox gözlədim. Və anladım ki insan dəyişər amma bizi əsl üzən heç dəyişməyənlərdir. Yaralar ağrını saxlayar, izləri həyatı göstərər. Gözlərini bir az aralaya bilsəydin, sənə işıqlığı öyrədəcəkdim. İndi gecəni yandır ki işıldasın. Ah sevimli.. Məni məndən alib getdin; içimdə mənsizlik xaricimdə sənsizlik var indi. Yalnız bunu maraqlanıram; heç ağlamırsanmı darıxarkən? Bu qədərmi yoruldun məndən?
İndi son sözüm sənə bu sevdiyim: bəzi kişilər adam doğular, bəziləri sonradan adam olar. Mən eşqi nemət kimi başımın üstündə daşıdım; bundandır boyun əyməyişim. Riski bəzən qazanmaq, bəzən də əlindəkini itirməmək üçün alarsan. Həyat belə işdə qorxun qədər qaçar, cəsarətin qədər döyüşərsən!
Ağrımmı? Keçmədi.. Alışdım yalnız.

Redakte etdi:
PRETTY_GIRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 143
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri