Yağış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 715
Səs ver:
(səs: 2)
Yağış

Yağış.. Pəncərəmin gördüyü ən gözəl mənzərə..
Qulağımın eşitdiyi ən sakit və həzin səs..
Gördüyümdə heç dayanmasını istəmədiyim mənzərə..

İncə sularınla yuyarsan hər yeri..
Bəlkə kiminsə qəmini apararsan, kiminsə sevincini..
Bəlkə də kimisə sadəcə öz narın yağan damcılarınla isladarsan..

Yağış

Pəncərəmdə görsəm əlimi uzadaram sənə..
Bəlkə yağan damcıları arasında bir payım vardır deyə..
Damcılarını yağdırarkən kimisə islanır.. Lakin səni ürəyində hiss edənlərdə var..
Yağmağını gözləyən biriləri də var..
O`nu yadıma salırsan çünki.. O`nu gətirirsən sanki Mənə..
Kədər yox, sevinc gətirirsən Mənə.. O qədər sevincli ki, hətta yazılara sığmır bu cümlələr..

Yağış

Sən yağarkən günəş olmur..
Amma yağdığında `Günəş`imidə verirsən Mənə..
Göyü ulduzlar parladırsa, yeri də sən parladırsan..
Öz nazlı damcılarınla..
Sən tək səni sevən insanları yox, sənə ehtiyacı olan təbiətidə sevindirirsən öz `yağış`ınla..
Nə gözəldi axşam yağışın səsiylə yuxuya getmək..
Və onun iyiylə yuxudan oyanmaq...



(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri