++++++++++++++++Əlvida!!!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 830
Səs ver:
(səs: 0)
Sən getdin.. Bir zülmət qaranlıq, bir zindan təkliyi, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Tək söz söyləyə bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, bitdim. Sonsuzluqda bir insan necə olar.. səsi nəfəsi necə eşidilər? Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç belə gərəksiz, belə dəyərsiz, belə yalnız hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənilmiş. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlanıldı. Yoxluğunun əvəzi çox ağır sevgilim. Sevinclərim, xəyallarım, ümidlərim, rəngli dünyam əlvida.. Əlvida yaşamaq.. Həyatın mənası əlvida. Kimsə fərqində deyil yoxluğunun. Sənsiz nə hallarda olduğumu kimsə bilmir. Anlamır itib gedən bir sevginin kədərini. Dünənə qədər ən ucasını yaşadım xoşbəxtliyin, ayaqlarımın altından itkin gedirdi torpaq, dənizlərin düzənliklərin üstündə uçurdum. Günəş qədər yaxın idi mənə eşq. Günəş qədər isti və parlaq. Buraxdın birdən-birə, qanadlarım kəsildi. Sürətlə çaxıldım yerə, boşluğun içindəyəm, indi heç bir şeyim. Halbuki dünyanın ən zənginiydim. Bütün çiçəklər bizim üçün açardı, bizim üçün ballanardı meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlar idi. İndi toz tüstü içində qızğın bir səhradayam. İstiqamətimi yolumu çaşdım. Sam küləklərinə buraxdım gövdəmi, süründürülməkdəyəm. Sən mənsiz necəsən, bilmirəm. Rahatsanmı, xoşbəxtsənmi, bu qədər tez məni unudarsanmı?.. Necə birdən keçmiş olarsan? Dünənə qədər gözlərindən eşqi içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğruna bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey sevgilim hardasan? Kimləsən?.. kimlərləsən?.. Kimlərlə oynaşar könül əylərsən? Mən burada, tərk edib getdiyin yerdəyəm. Əlvida eşqim.. Əlvida birdənəm.. Əlvida sevgilim! Əlvida sənə..!!!

Tərcümə etdi:ShoKKi_MoKKi
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 830
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri