++++++++++Həyatımı Sənsiz Yaşayıram

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 2 397
Səs ver:
(səs: 0)
Sənə olan əsəbim keçəcək mütləq, əlbəttə sakitləşəcək ürəyim amma incikliyim bitməyəcək! Nə qədər kiçik, axmaq və axmaqca bir səbəblə məni qırdığını izah etsəm, quşlar belə qəhqəhəylə gülər.
Necə bir ruh, onu sevən, yox-yox çox sevən bir insanı, ortada heç bir səbəb yoxkən beləsinə qırıb üzə bilər? Necə bir insan, olana uzadılan əli hər səfərində qıra bilər? Çörəyini yediyin, suyunu içdiyin, qoyunula girdiyin birini, necə səbəbsiz yerə incidə bilər bir kişi? Sonra necə kişiyəm deyə gəzə bilər?
Səninlə nə vaxt addım atsam bu səfərə, həmişə yarı yolda buraxdın məni. Nə vaxt uzatsam əlimi, əvvəl tutdun, sonra özündən belə aşağı çəkdin məni. 
İllər sürdü bu oyun, illərcə özümü aldatdım, sənə aldanmaq istədiyim üçün qandım. Sən deyil idin əhəmiyyətli olan, sən yalnız sadə bir fiqur idin, mən eşqi sənə paltar etdim.
Mənim oyunumda, məni qurban faktora icazə verməm, necə bir imtahandır? Hansı dərsi öyrənməsi lazımdırsa könlüm, həmişə sinifdə qalmam axmaqlığımdandırmı? 
İndi içində böyük incikliklər olan, paramparça olmuş amma artıq qanamayan bir ürəyə baxıram. Mənimmi bu ürək? Çaşıram!
Özünə etdiyini insanın, kim kimə edir? Heç bir günahın yox sənin, sən yalnız sənsən. Səndən bir başqasını yaratmağa çalışan, sənin olmadığın biri olduğuna inanan mənim. Ah bu həyatın axmaq halları, ah ağılımın oyunları, ürəyimin səhv seçkiləri!
Mən səni sevmirəm əslində, səndə olan bəzi xüsusiyyətləri sevirəm. O axmaq detallar üçün səni çəkirəm. Mən də dəliyəm hərhalda, baxsansana sanki bir stəkan süd üçün, evdə inək bəsləyirəm. Həm qoynuma zınqırovlu ilan alıram, sonra sancdı deyə şikayət edirəm.
Yox, yox, belə olmayacaq, mən gedirəm! Artıq bəs edirəm! Qəbul edirəm, hamısını mən etdim, səhvmi bilirəm. Bundan sonra ömürümdə yeni bir səhifə açıram. Aça bilməsəm də, qərar verdim köhnəsinə sənsiz davam edirəm…..
Tərcümə etdi: Aytən Mələk
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri