Onu Niyə Sevirik?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 321
Səs ver:
(səs: 3)

Mülayim görünüş, xarakter, hərəkətlər,davranışlar....Bu sözləri sonsuz olaraq sadalaya bilərik.

İlk növbədə,insanı onun sadəcə var olduğuna görə sevirlər.  Ona görə sevirlər ki, qarşı insanda hər bir şey yaxşıdır və bununçun heç də önəmli deyil,siz birlikdəsiniz, yoxsa yox..Ehtirasa görə sevmirlər, sadəcə əldən tutaraq sevirlər və ya sadəcə burundan öpərək, bağrına basaraq sevirlər... Və heç də önəmli deyil sevdiyinin cibində indi nə qədər pul var və ya o sənə nə qədər buket güllər hədiyyə edib, neçə cür bahalı restoranlara şam yeməyinə dəvət edib..Əgər insan sevilirsə,önəmli deyil indi o necə geyinib, önəmli deyil o bu gün hansı markadan tufli seçib...sevəndə onun ətrini sevirlər, bu dünyada sənə görə ən  gözəl ətir olur.Sevəndə onun gözlərini ,gülüşünü və bütün hətta onun çatışmazlıqlarını sevirlər..Sevdiyin insanı sadəcə möhkəm-möhkəm qucaqlamaq və bir də heç vaxt heç bir yerə buraxmamaq istərsən.Sevdiyin insan- dünyada ən yaxşı insan olar, o insan ki, siz heç vaxt ona pis nəsə arzulaya bilməzsiniz və ona görə hər zaman hər şeyə hazır ola bilərsiniz! Sizin olan insanların qədrini bilək..Və özümüzü aldadaraq 2-3 günlük xoşbəxtliklərin ardiyca qaçmayaq,çünki bizim xoşbəxtliyimiz sadəcə sevdiklərimizin yanındadır..Yadda saxlayın, həyatda aldatmaq olar,kimi istəsək aldada bilərik,amma bir tək özümüzü yox! Sevin və hər zaman sevimli olun! Amma sevəndə həqiqətən və tam səmimi qəlblə sevin,çünki buna görə yaşamağa dəyər...

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 4 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri