İtirdiyim Mən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 006
Səs ver:
(səs: 0)
Aylardan nə idi? dəqiqə əqrəbi və əqrəb neçəni göstərməkdə idi? harada, nə vaxt buraxdım özümü? uzun zaman keçdi. ..çox uzun zaman... ümidlərimi, xəyallarımı, sevinclərimi, təbəssümlərimi, mənliyimi buraxmama səbəb nə idi? halbuki nə qədər xoşbəxtdim mən özümlə. ..oysa nə qədər çox sevərdim mən özümü, səndən əvvəl....

Köhnə halıma dönməyə çalışıram indilərdə...özümlə xoşbəxt olduğum, öz təbəssümlərimdə boğulduğum, özümlə dinclik tapdığım günlərə... o qədər çətin gəlir ki ürəyimə...o qədər çox yer etmisən ki mənliyimdə. ..seni məndən ayırmaq çətin gəlir...

Az çox xatırlayırsanmı məni, xarakterimi? Çətini nə qədər çox sevdiyimi bilərsən deyilmi? Və indi və bu anda, mənə ən çətin gələn şeylərdən birini etməyə çalışıram. Məni sənsiz buraxıb, köhnə mən olmaq üçün çalışıram. Bilərsən məni, başladığım heç bir işi yarım buraxmam. Yenə bil köhnədən bildiyin kimi; sənsiz yaşamağa alışıram, sənsiz yaşamağı bacarıram...
Sənin də canın yanar bəlkə bir gün. mənim üzümdən deyil ; amma düşər ürəyinə hüzn. göz yaşlarınla islanar yüzün və əsla dinlənməz sözün. .tanış gəlir deyilmi sənə bu səhnə? kiçik bir fərq hiss edərsən, baxdığında özünə. ..mən deyil sən varsan bu səfər baş rolda. bəlkə sən də çətini bacarmaq istəyərsən o zaman. ..mən də sənə gülümsəyərəm, sənsiz davam edən xoşbəxt bir həyatdan...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri