+++++++++++Üşüdüm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 879
Səs ver:
(səs: 1)

Gecənin soyuğu...yox üşütmürdü məni. Evdə yanan soba hər kəsi qızdırırdı təkcə mənə gücü çatmırdı. Üşüyürdüm...Dediyin sözləri fikirləşdikcə üşüyürdüm. Ağrıyırdım...Bədənimdən bir hissə ayrılırdı sanki. Yorğun idim...İllərin yorğunu...Sevmirdin məni artıq. Dediyin hər söz incidirdi məni. Amma qürurum qoymurdu məni əyilməyə. Yıxıldıqca qalxırdım. Gülürdüm taleyimin oyununa. Nə gözəl hazırlanmışdı əslində bu oyun. Maraqlı tələlər və gözləmədiyim yemlər. Mən isə köməksiz tələyə düşmüş ən balaca həşəratlar kimi çapalıyırdım. Tək düşündüyüm isə...”Heç kimin mənə rəhmi gəlməməlidi” Ayaq üstə idim yenə...Amma sən yıxmışdın məni. Qalxmalıydım yenə. Amma qalxa bilmirdim. Axı mən hər çətinlikdə durmuşdum. Bu dəfə dura bilmirdim. Axı mən heç ağlamamışdım. İndi göz yaşlarım üzümü bəziyirdi. Pəncərədən gələn balaca işıqda necə parıldıyırdılar.
Gülüşün...İroniyalı gülüşlərin...Sanki intiqam alırsanmış kimi ox kimi batırdı ürəyimə. Nəhayətki bacarmışdın sanki. Qələbə qazanmışdın sanki illərin yenilməz sərkərdəsinin üzərində. Mən bu qədərmi zəifləmişdim ya sən bu qədərmi qüvvətlənmişdin...?! Əslində mən sadəcə sənin qarşında gücsüz idim. Sən isə istifadə etməyi bacarmışdın tək bu zəifliyimdən. Təbriklər...Təbrik edirəmki ağla sığmaz qələbədir çünki. Amma məndə gülürəm. Gülürəmki sən bu qələbəni dada bilmiyəsən. Əyildiyimi,zəifliyimi hiss etmiyəsən...Bu qələbəni bir mən biləcəm bir də sənin sındırdığın ürəyim. İndi isə üzümü çevirib gedirəm. Nə qədər çətin olsa da mən bir də arxaya baxmayacam söz verirəm sənə. Mən sənə verdiyim sözləri həmişə tutdum bu dəfə də tutacam...Həyatımdakı böyük boşluq başladı...

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 1 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri