İlk görüşə çıxan zaman necə davranmalıyıq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 599
Səs ver:
(səs: 8)
Tarixən ov və ovçuluq dövrlərinə nəzər yetirsək, kişilərin ovun arxasından necə qaçdığını və sərt həyat mübarizəsində necə ayaqda qaldığını və uğurlu ov əldə etdikdən sonra necə böyük qürurla geri döndüyünü xəyal edə bilərsiniz. Odur ki,əziz xanımlar çatdıracağım xəbəri diqqətlə oxuyun...
Ancaq müasir həyatın həyat şərtləri artıq həm qadını, həm də kişini ovçu edib. Bəli, belə olduğu təqdirdə hər iki tərəfin də sıx təsiri var. Ancaq bu mövzuda naşı olan qadının səhv etmə şansı daha çox olur. Yaxşı bəs ilk görüşdə edilən səhvlər nələrdir?
1.Paltarların dili
Əvvəlcə üstünüzdə olan paltarın sizin bədən dilinizin bir parçası olduğunu və haqqınızda fikir söylənəcəyi gerçəyini unutmayın.Paltar seçimi çox əhəmiyyətlidir, ancaq şişirtmələr etsəniz sizi böyük səhvlərə aparar. Onun xüsusi biri olduğunu düşünərək hazırlanmaq, heç geyinmədiyiniz bir paltarı kombinə edə bilərsiniz.Bu həyəcanı üstünüzdən atmaq üçün əvvəlcə vəziyyəti anlamaq lazımdır. sizi hara dəvət ediblər? Bir restoranamı, bir kafeyəmi, dəniz kənarında gəzintiyəmi, kinoyamı? Görüşünüz harda olacağını artıq bilirsiniz.
2. Yalan danışmayın
Heç etmədiyiniz şeyləri yalnız qarşı tərəfin marağını çəkmək üçün söyləməyin.Yoxsa yalançı olduğunuz ortaya çıxacaq. Yaxşı niyyətlə belə olsa, olmadığınız kimi davranmayın...
3.Duruş
Çox soyuq və ya gərəksiz yerə səmimi davranmayın.İlk görüşmənin ən qiymətli sirri səmimiyyətdir. Bir tanışınızla danışırmış kimi təbii,içdən amma bir xariciylə oturduğunuzun fərqində olacaq qədər məsafəli olun.Nə buzlar kraliçasını oynayın, nə də ki olmadığınız biri kimi şişirdilmiş səmimi davranın.
4.Köhnə sevgililər
İlk görüşdə masanın üzərinə düşəcək köhnə sevgililərə diqqət yetirin.Əlbəttə köhnə əlaqələrin nə səbəbdən getmədiyi,bir əlaqədə nə gözlədiyiniz və necə birini xəyal etdiyiniz mövzular söhbətin içində yer ala bilər. Ancaq ortalıq köhnə qəbiristanlığa dönməsin.
5.Uşaq xəyalları
Qarşınızdakı adamın gözlərinə baxıb ilk doğulacaq uşağınızın adıyla əlaqədar xəyallara qapılmayın.Bu sizin ilk görüşünüzdü.Yalniz ilk! Sakit olun! Xəyallar qurmaq, yalnız sizin daha çox xəyal qırıqlığı yaşamanıza və bir müddət sonra kişilərdən nifrət etmənizə səbəb olar.

Tərcümə etdi:ayena...
P.S. Xanımlar qoyun hər zaman ürəyiniz sevgi ritmləri ilə döyünsün...)))

(səs: 8)
Şərhlər: 1
Baxılıb: 9 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri