Sevməyi öyrənmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 280
Səs ver:
(səs: 3)
Sevmək dediyin öyrənilər. Çünki əyatın ən əhəmiyyətli dərsidir. Öyrənməsək çoxumuz sinifdə qalarıq. Gənclik, duyğuları bir külək kimi sovurarkən, nə qədər qiymətli detalları itirdiyinizi fərq etmərik. Ona görə gənckən daha çox sarılar insan sevdiyinə.
. Zamanla dəyişər, formalaşar, ləzzətlənər sevgi. Qiymətlənər sevgilər. Köhnədən sovurub atdıqlarına kədərlənərsən. Bir az daha çalışsaydım, bu səhvi etməsəydim, bəlkə olardı deyərsən. Həyat kimi, sevmək də yaşlandıqca bahalaşar.
Sevmək dediyin öyrənilər. Bəziləri əvvəl tam tərsini görər, yəni nifrət etməyi. Ən çətini də onların həyatıdır. Ətrafı sevgidən məhrum böyüyənlər, gec öyrənərlər ya da heç bilə bilməzlər. Pulu,evi nəyi olursa olsun insanın; yaşayan bir ürəyi olmazsa, ömür boşa keçmiş deməkdir. Bir uşaq qəhqəhəsini, bir çiçəyin tumurcuğunu, bir qadının baxışını, bir çörəyi bölüşməyi sevə bilmədinsə; həyat yalnız ehtiraslarla yonulmuş böyük bir zibillikdir.
Sevmək dediyin öyrənilər. Haradan gediləcəyini bilmirsənsə, biləni izləyəcəksən. Böyük aşiqləri oxuyacaqsan. Mövlananı, Aşiq Veysəli, Leyla ilə Məcnunu, Yunus Əmrəni, Romeo ilə Julieti…. Qarşılıqsız eşqlər tanıyacaqsan. Ürək qapısı bir dəfə açılsın, sonrası gəlir. Əhəmiyyətli olan nəyi sevdiyin deyil, sevə bilmə qabiliyyətindir. Ürəkləri kor olanların, beyinləri də zamanla korlaşar.
Sevmək dediyin öyrənilər. Dövrümüzün dəli olmuş eşqlərinə inad, yenidən sınayacaqsan. Usanmadan, inancını itirmədən, təkrar qalxıb yeriyəcəksən. Səndə olandan əminsənsə, kim bilər bəlkə bu qədər ağrı başqalarına sevgini göstərmək üçündür, bilə bilməzsən, yolunda irəliləyəcəksən. Gedənin ardından nə qədər qırılmış olsansa da, "Tanrım, ona sevməyi öyrənəcək böyüklükdə bir ürək ver" deyə dua edəcəksən. Bu dua da, sevməyi öyrənmənin bir şəklidir .
İşin qəribəliyi səni çox xoşbəxt etməyənləri də sevə bilməkdə gizlidir. Sıyıracaqsan içindəki insani ehtirasları, , gərəksiz ehtiraslarını. Hər yaşadığınla yenidən şəkillənər. Zamanla daha sakit, daha dinc sevməyi öyrənərsən və çox daha çətinləşər sevdiklərini bir qələmdə silib atmaq. Xəstələndiyində, gülümsəyərək bir t isti şorba bişirəcək qədər sevənləri, möhtəşəm sevişmələrə seçəcəksən. Təkləşdikcə forması dəyişəcək axtardığının. Sevginin bir mənası olacaq öz lüğətində.
Əmək verəcəksən. Qiymət biləcəksən. Səni sevənləri sıx tutacaqsan. Ağrılarınla yetişkinləşib, ürəyinlə böyüyəcəksən. Əldən salaraq xərcləməyəcəksən həyatı. Yoxsa həyatın yumruğu ağırdır, getdiyin yolun sonu uçurum olar. Ya düşəcəksən, ya bütün kütləsinə qarşı ətrafında tək gedəcəksən.
Sevmək dediyin öyrənilər. Dünyanın ən böyük sərvətini istəyirsənsə, öyrənəcəksən…..
Tərcümə Etdi: NİGAR_CAVAD 

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 3 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri