Eşqdən məktub var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 045
Səs ver:
(səs: 4)

 

Sevimli insanlar, illərcə mənim arxamda qaçdınız, məni anlamağa, məni təyin etməyə çalışdınız. Bir çox dəfə məni tapdığınızı zənn etdiniz, mənə sahib olmağa çalışdınız, bir-birinizə və özünüzə zərər verdiniz, acı çəkdiniz. Amma məni heç fərq etmədiniz. Bəli! Məni heç fərq etmədiniz deyirəm sizə.

İki pişiyin əhvalatını bilirsinizmi? Kiçik pişik dayanmadan quyruğunu qovurmuş. Tuta bilmədikcə də əsəbiləşmiş, daha da ehtirasla atılmış. Bunu görən böyük pişik, kiçik pişiyə soruşmuş: "Niyə quyruğunu tutmaq istəyirsən?" Kiçik pişik cavab vermiş: "Mənə, quyruğumu tutsam xoşbəxtliyi tapacağımı söylədilər də ondan?" Böyük pişik gülmüş və demiş ki: "İllər əvvəl mən də sənin kimiydim, qovdum, qovdum, amma tuta bilmədim. Bir gün qovmaqdan imtina etdim və getməyə başladım. O mənim arxamdan gəldi." 

Mənim sirrim buradadır işdə. Siz məni qovduqca mən qaçıram. Çünki sizdən qorxuram. Siz mənə sahib olmaq istəyirsiniz, amma mən azadlıqda varam. Yoxsa var ola bilməm. Bir kəpənəyə bənzəyirəm. Sizi hazır hiss edincə gəlib qonaram. Çoxunuz ilk başlarda mənim dadımı çıxardar. İnanılmaz duyğular yaşar. Mən də yaşayaram, sizin xoşbəxtliyiniz artdıqca mən də böyüyərəm. Taa ki, yaradılışınızda var olan sahiblənmə impulsu dövrəyə girənə qədər. O impuls ki, kəpənəkləri mismarlayıb divarlarına asır: Sahib olmaqdan həzz duyur. Bu duyğunu hiss edincə mən dərhal uçaram. Gördüyünüz kimi, mən çox ürkəyəm. 

Sahiblənmə duyğunuzun və bunun nəticəsində ibarət olan qorxularınızın, qısqanclıqlarınızın, hirsinizin, döyüşlərinizin olduğu yerdə mən yoxam. Yoo! Kədərlənməyin, onlar mənə zərər verə bilməzlər, çünki mən ölümsüzəm. Yalnız elə mühitlərdə var ola bilməm və qaçaram. Və onlar getdiyində, təkrar gəlirim. 

Məni ən çox, "Artıq içimdəki eşq tamamilə öldü" ya da "Bir daha eşqi əsla yaşamayacağam" kimisindən düşünənlər üzür. Mən əsla ölməm, yalnız siz, mənim sizə gəlməmi maneələrsiniz. "Qorxu, narahatlıq, ümidsizlik, sahiblənmə duyğusu, qısqanclıq" bunlar da sizin duyğularınızdır. Hətta bilirsinizmi, bunlar başlanğıcda yaxşı duyğular idi. Lakin müxtəlif səbəblərlə maneə törədilincə üsyankarlaşdılar və sizinlə mübarizəyə başladılar. Və yenə bilirsinizmi ki, siz məni yaşayarkən, inanılmaz xoşbəxtkən, bir azdan bunlar da gəlir? Çünki onlar da xoşbəxt olmağı istəyirlər. Onlar da sizin yaşadığınız kimi, azadca xoşbəxtliyi yaşamaq istəyirlər. Amma siz nə edərsiniz? Günahkarlıq hiss edib, onlarla mübarizə edərsiniz? Ağılınızda, "Mən bu anda çox xoşbəxtəm, niyə bunlarla qarşılaşıram?" düşüncəsi vardır. Basdırarsınız, onlar müqavimət göstərər və nəticədə gərginlik gələr və mən gedərəm. Lütfən, belə bir vəziyyətdə onları sərbəst buraxın. Necəmi? Onları dinləyin, amma müqavimət göstərməyin. Yalnız nə dediklərini dinləyin və izləyin. Onlar ilk başda nə idilər və niyə bu hala gəldilər? Unutmayın, onlar bir zamanlar sizin saf duyğularınız idi. Bir şəkildə maneə törədildilər və bu an çox bədbəxtlər. Bəlkə də ailənizdən və ya ətrafınızdan gələn reaksiyayla maneə törətdiniz onlara, amma artıq sərbəst buraxma zamanı. Onları dinləyin, səbəbləri öyrənin və sərbəst buraxın. Beləcə mənə daha geniş bir eniş sahəsi buraxarsınız. 

Eşq ağrısı 

Bir də məni həmişə günahlandırırsınız: "Eşq ağrısı" deyirsiniz buna. Mən sizə əsla acı çəkdirməm. Siz, sahib olma ehtiraslarınızla özünüzə acı çəkdirərsiniz. Müddət belədir: Bərabərik, bir varlıqda konkretləşmişəm, xoşbəxtsiniz, hər şeydən böyük zövq alırsınız və birdən qorxmağa başlarsınız: Ya bu xoşbəxtliyiniz gələcəkdə də davam etməzsə... Özünüzü zəmanətə götürmək istəyərsiniz, bunun üçün mənə sahib olmaq istəyərsiniz. Kədərlənərək sizi tərk edərəm. İnciklik, hirs yaşayarsınız. Məni təkrar tutmaq üçün planlar, strategiyalar meydana gətirərsiniz. Gözəl sözlər, xoş hədiyyələr, möcüzə davranışlar istifadə edərsiniz, amma təəssüf ki, bu davranışlarınız yalnız simpatiya toplar; məni var etməz. Bəlkə bu davranışlarınızla, konkretləşdiyim varlığı təkrar qazanarsınız, amma bir şey əskik deyilmi? Mən. Onu təkrar qazanana qədər yaşadığınız ürək vurmasına nə oldu? İstədiniz və əldə etdiniz, deyilmi? Səhv anlamayın, sizi günahlandırmıram: Siz, içinizdən gələni etdiniz və bacarmanın xoşbəxtliyini dadırsınız. Mən yalnız sizə bunu izah etmək istəyirəm: Özünüzü və onu sərbəst buraxın. Azadlaşdırın bir-birinizi. Mən yalnız azad mühitlərdə var ola bilərəm. Və məni təkrar yaşaya bilmənin yolu azad olmaq və azad buraxa bilməkdir. Yoo! İtirməkdən əsla qorxmayın. Mənim dadımı bilən əsla itirməz. Və əslində bir gün bunu fərq edərsiniz, mənim A və ya B varlığında konkretləşməm əhəmiyyətli deyil, əhəmiyyətli olan tək şey: Sizin məni hiss edə bilmə gücünüzdür... Bir gün fərq edəcəksiniz, ümid edirəm özünüzə çox çox əziyyət etmədən yaşayarsınız bunu". 

Sizlərə vidalaşmadan əvvəl, son bir şey ifadə etməyə çalışacağam: Sizlərlə birlikdə olmaq möcüzə, lütfən özünüzü azad buraxın və sizinlə birlikdə olaq. Sizləri sevirəm. 

Varlığımla: 

Eşq!!!

Tərcümə etdi: Günay əliyeva

 

(səs: 4)
Şərhlər: 2
Baxılıb: 2 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri