Bir dəfə daha sev məni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 789
Səs ver:
(səs: 1)
Son bir dəfə daha sev məni, bir dəfə daha uzat əlini,  bir daha sınayaq! Başqa bir bahar olar bəlkə bu səfər, bəlkə bacararıq sevməyi, nə deyirsən?
Hansıki o uzun illər birlikdə yerimiş cütlər kimi, hansıki biri ölüncə digəri çox qala bilməyən yaşlı amma çox böyük sevdalar kimi olarıq bəlkə, kim bilər?
Bir dəfə daha sev sən məni, bir dəfə daha sına gözlərimdə əriməyi. Nəyi səhv etdinsə, onu etmə bu səfər. Mən nəyi etmədinsə ona ehtiraslı qalım….
Heç bir gecə yarısı söhbətində döyüşməyək. Nə mən xatırlayım o pis günləri, nə sən, hər şeyi ən başdan başlayaq. Olmaz? Olar bəlkə!
Gəl indi heç bilmədiyimiz yolla gedək səninlə, heç yerimədiyimiz kimi yeriyək və heç sevişmədiyimiz kimi toxunaq bir daha bir birimizə.
Hansı qaranlıq yanımıza gəlmişsə keçmişimiz, onu unudaq bir pıçıltıda. Mümkünsə bir dəfə daha yazaq bağlanan kitabımızı , amma bu dəfə ayrı-ayrı deyil, bu səfər yan-yana yazaq!
Bir dəfə daha sev sən məni, daha əvvəl sevməmisən kimi, ürəyin ürəyimi heç görməmiş kimi… Kəşf et məni, görəcəksən nə qədər çox dəyişdiyimi və bəlkə başqa bir dərinlik tapacaqsan ürəyimdə və bu səfər ona tutulacaq ağılın, kim bilər?
Bir dəfə daha sev sən məni, bax baxaq fərqli rənglərdə də rəqs edirmi ürəyin? İllər keçdi dəyişdik ikimizdə. Elə ya, həyat da dəyişdi bizi! İndi fərqli bir mahnı söyləyirik bəlkə və artıq eyni mahnının sözləri olarıq birlikdə.
Sən bir daha sevməyi sına məndə, yeni doğulmuş bir körpə və ya günəş kimi…. Bacara bilməzsək, mən bir dəfə daha öləcəyəm səninlə, keçmişin xatirələri heç silinməmiş kimi…
Mən hər dəfə sənin üçün öldüyümdə yenidən sənə görə doğulmaq üçün mütləq bir ümüd saxlayaram. Narahat olma...

Tərcümə Etdi:
NİGAR_CAVAD

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri