Bir əlaqədə sevgi daha əhəmiyyətlidir yoxsa güvən?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 540
Səs ver:
(səs: 2)
Ehtiraslı amma naməlumluqlarla dolu bi eşqmi yoxsa dinc bir əlaqəmi? Qərarsız qaldınızsa yazımızı mütləq oxuyun. Siz də eşq və etibarı eyni kişidə tapa bilən Şanslı azlıqlar danmısınız?Eşq həyatınız həyəcan ya da güvən vəd edən ciddi bir yol ayrıcına gəldizsə hərəkətə keçməniz lazımdır. Bunun üçün etməniz lazım olanları bilmək istəyirsinizsə yazımızı oxumağa başlayın
İçinizdə uzun zamandır bir çətinlik var. Tez-tez ağılınıza gələn və içindən heç cür mıxa bilədiyiniz bu çətinliyin qaynağı naməlum deyil əslində. Bir neçə gün əvvəl, birlikdə olduğunuz insanla yaşadığınız həyəcanın artıq itdiyini və gözlərinizin yeni tanış olduğunuz o yaraşıqlını axtardığını fərq etdiniz.
Lakin digər tərəfdən həyatınızda qollarında dinclik tapdığınız biri var. O sizə aşan şiddətli atəşi yerinə sakit bir dəniz kənarı vəd edir. Kürəyinizi yastlaya biləcəyiniz özündən əmin biri və sizi təskinlik verən bir səs tonu var. Digəri isə; adı eşq olduğundan bir o qədər cəsur, azad və naməlum… O halda bu vəziyyətdə nə eddəcəksiniz. Yaranan tilsimi ilə güvəndiyiniz adam arasında qaldınızsa təkliflərimizə qulaq asmanızı tövsiyə edirik.
Sakit olun
Qadınlar güvən duymadıqları bir adamla birlikdə yaşamaq yerinə tək qalmağı üstün tutarlar. Bunun üçün; bir qadını güvən duyğusundan saxlayan tək şey eşqdir.Eşqin gətirdiyi həyəcan və naməlumluq əslində çox qadını narahat edər. Yeni bir eşq qapınızdaykən əliniz qolunuz bağlı qaldısa əvvəlcə sakit olmalı və ardından dərin bir nəfəs almalısınız. Bu mərhələdə özünüzlə və nə istədiyinizlə əlaqədar bir qiymətləndirmə etməniz lazımdır.
Bundan sonra həyatınızı necə şəkilləndirmək istədiyinizi bilsəniz hansı yönə doğru addım atmanız lazım olduğunu qərarlaşdıra bilərsiniz. Burada əhəmiyyətli olan nöqtə özünüzü tanımanız və həyatınızda necə bir insan istəmənizdir
Qərarsızsınızsa 2 insanı müqaisə edin…
Uzun zamandır birlikdə olduğunuz insanla həyatınıza yeni girən kişinin fiziki cazibədarlıqlarının fərqli olması çox təbiidir. Sizin üçün əhəmiyyətli olması lazım olan şey; eşqi və etibarı sizə təqdim edən bu iki kişinin xarakteristika xüsusiyyətləridir.
Birlikdə olduğunuz adam; sakit, ciddi, həyat meyarları müəyyən, şəfqətli, açıq və dəqiq, qısacası evlənmək üçün ideal biri ola bilər. Halbuki digəri; qoxusu və bədəniylə fərqli, sirrli və sürprizli, rəftarları çox vaxt güvən verməyən ancaq bir o qədər simpatik və cazibədar bir kişi modeli əks etdirə bilər. belə bir düşününcə seviml seçicinin məntiqli bir qərar olduğunu söyləyə bilərsiniz.
Lakin aşiq olduğunuz kişinin yuxarıda saydığımız xüsusiyyətlərin tam tərsinə sahib olması mümkündür. O, mağazalardakı uzun quyruqlardan xoşlanmaz, harada olduğunuz və zamanınızı necə keçirdiyinizlə çox maraqlanmaz. Ortaq maraq əlaqə sahələriniz və edəcəkləriniz məhduddur. Məsələn siz daha çox kitab  oxumağı sevərsiniz, o pulla maraqlanar. Sizin tarixi məkanlara marağınız  vardır onun avtomobillərə…
 Eşqdə zidd qütblər bir-birini hər vaxt çəkər. Bunun üçün kafi minimum müqayisə etməyi etdikdən sonra iki kişinin bənzər vəziyyətlərdəki reaksiyasını ölçməyə çalışın.
Hər ikisini də müəyyən bir zaman keçənə qədər axtarın. Bu müddətin sonunda verəcəkləri reaksiyadan hansının sizi daha çox istədiyini anlaya bilərsiniz. Görəsən hansı sizi dəlicə darıxdığını etiraf edəcək?
Risk almağa hazırlaşın
Peşiman olmaqdan qorxmayın
Hər nə olursa olsun verəcəyiniz qərardan ötəri peşman olmamanız lazım olduğunu bilməlisiniz. Çünki bu sizin həyatınız və qərarlarınızın nəticələrinə dözmək məcburiyyətində olan adam yenə sizsiniz. Bunun üçün edəcəyiniz kiçik testlər və duyğularınızın rəhbərliy ində çatacağınız nəticədən ötəri xoşbəxt də ola bilərsiniz, xəyal qırıqlığından da  uzaqlaşa bilərsiniz. Bu sizin üçün olduqca əhəmiyyətlidir. Nəticədə güvən duyduğunuz kişini seçdiyinizdə həyat boyu dinclik içində yaşayacağınızı kimsə zəmanət verə bilməz.
Digər yandan duyğularınıza güvənib aşiq olduğunuz kişi ilə birlikdə olduğunuz zaman da sonsuza qədər hər şey mükəmməl gedəcək deyə bir şey yoxdur. Əgər verdiyiniz qərarların arxasında dayanıb, hadisələrə cəsurca yaxınlaşmasanız həyat boyu istədiyiniz kimi hərəkət edə bilməzsiniz. Bu vəziyyətdə həyati qərarlar verərkən peşman olma qorxusunu başınızdan atmalı və risk almağa hazır olmalısınız.
Zamana buraxın
Bu cür arada qaldığınız vəziyyətlərdə işi mümkünlüyünə buraxsanız hər şeyin yerinə oturduğunu görə bilərsiniz. Beləliklə səhv payınız azalacaq. Beləliklə kişi yoldaşınızın sizə nə qədər dəyər verdiyini ya da sizi həyəcanlandıran yaraşıqlının nələr hiss etdiyini müşahidə edə bilərsiniz. Bu müddət içərisində bütün daşlar yerindən oynaya bilər və seçkiniz haqqında daha sağlam səbəblər önləyə  bilərsiniz. Bəlkə güvən duyduğunuz kişi həqiqətən sevdiyinizi anlayacaq və ya aşiq olduğunuz adama içdən içə güvən duymağa başlayacaqsınız. Zaman içərisində düşüncələriniz gedərək daha mənalı halda şəkillənərkən necə bir həyat davam etdirmək istədiyiniz sualına verdiyiniz cavab son halını alacaq. Əgər həyatı təbii idarəli bir şəkildə! axışına buraxsanız çətinlikdə qalmaq və detallarda itmək yerinə xoşbəxt olmağa mərkəzlənə bilərsiniz. Beləcə doğru kişi təyin etmələriniz və ideal əlaqə haqqındakı şərhləriniz dəyişəcək.

Verəcəyiniz qərar hər nə olursa olsun xoşbəxtliui yaxalayacağınıza inanın. Çünki bu sizin həyatınız və ən əhəmiyyətlisi sizin doğrunuz. Ən əhəmiyyətlisi bunu heç ağılınızdan çıxarmayın: Həyat xoşbəxtliyi gözləyəcək qədər uzun deyil, xoşbəxtliyi özünüz yaratmalısınız!
İndi siz deyin:Bir əlaqədə eşqmi daha əhəmiyyətli güvənmi?

Tərcümə Etdi: NİGAR_CAVAD
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri