Bu Da Fəsillərin Eşq Hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 871
Səs ver:
(səs: 1)
Payız təbiətin vurğunu idi ama təbiət onu sevmirdi.

Əslində öz sevgisini qəlbində saxlayan payız göz yaşını buludlardan axıdıb,
qəlbinə yağdırardı. Yarpaqları saralıb yerə xalı kimi salınardı.
Tökülən hər yarpaq onun ümdləri idi və indi həmin
yarpaqlar qəzəbli küləklərlə rəqs edib sonra isə yerə çırpılırdı.

Beləcə zaman keçirdi ama heç nə ona sevgisini unutdura bilmirdi.
Təbiət sevgisinə baharda qovuşur, payız isə ayrılıqdır. 
Onun sevgisini təbiət duymadı ancaq indırımlı qəzəbini gördü...

Yəqin soruşacaqsız ki əgər heç vaxt qovuşmayıblarsa onda necə ayrılıblar?
Ayrılıq təkcə iki sevən arasında olmur. 
Bir nəfər qarşılıqsız sevənin öz sevgisini tərk etməsi ilə də olur.

Beləcə payız həmişəlik təbiəti tərk etdi. 
Buna görə də payızın adı həm də Son Bahar qaldı.
Payız getdi ama o gedəndən sonra göydən qar dənələri səpələndi.
Bunlar payızın donmuş göz yaşı olan bəyaz qar dənələri idi. 
Qar dənələri payızın ümüdləri olan saralmış yarpaqların üstünü örtdü. 
Soyuq bir ayrılıq təbiəti tərk etdi...

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri