Eşqin Acı Halı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 432
Səs ver:
(səs: 1)
Tam sinəsinin ortasında bir yerin ağrıyacaq...
evinin, səni içinə sığdıra bilməyəcək qədər dar olduğunu fərq edəcəksən...
küçəyə atılacaqsan...
küçələr də dar gələcək...
eynilə bədəninin ürəyinə dar gəldiyi kimi...
nə dənizin mavisi açacaq içini, nə tərtəmiz səma...
özünü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir tərəfdən də itəcək
qədər kiçiləcəksən...
bəziləri sənə bir şeylər izah edəcək dayanmadan...

"əhəmiyyətli olan sağlamlıq."
"yaşamaq gözəl."
"boş ver, hər
şey
unudular."

sən heç birini eşitməyəcəksən...
gözyaşlarından ətrafı görə bilməz hala gələcəksən...
ondan, ölməsini istəyəcək qədər nifrət edəcək, az sonra qollarında ölmək
istəyəcək qədər çox sevəcəksən...
Həmişə ondan bəhs etmək istəyəcəksən...
"ölümə çarə tapıldı" ya da "sabah qiyamət qopacaqmış" desələr başını
qaldırıb "nə dedin?" deyə soruşmayacaqsan...

tək qalmaq istəyəcəksən...
həm də izdihamların arasında itmək...
ikisi də çatmayacaq...
keçmişi düşünəcəksən...
az qala dəqiqə dəqiqə...
amma pisləri atlayaraq...
onunla keçdiyin yerlərdən keçmək istəyəcəksən...
getdiyin yerlərə getmək...
bu sənə heç yaxşı gəlməyəcək...
amma bilə-bilə edəcəksən...
biri sənə içindəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsan...
əslində xilas olmaq istədiyin halda, o ağrını yaşamaq üçün müqavimət göstərəcəksən...
həyatının geri qalanını onu düşünərək keçirmək istəyəcəksən...
əksinəni iddia edənlərdən nifrət edəcəksən...
hər kəsi ona bənzədib...
kimsəni onun yerinə qoya bilməyəcəksən...
heç bir şey əyləndirməyəcək səni...
dərmanlayara sığınacaqsan...
bir neçə saat başı bulandıran amma əsla onu unutdurmayan...
yalnız bir müddət buzlu şüşənin arxasından seyr etdirən...
bütün mahnılar sizin üçün yazılmış kimi gələcək...
boğazın düyünləniləcək, dinləyə bilməyəcəksən...
yatmaq çətin, oyanmaq asan olacaq...
səhəri iplə çəkəcəksən...
bəzən də "heç günəş doğulmasa" deyəcəksən...
nə gecələr rahatlaşdıracaq səni nə gündüzlər...
ölməyi istəyib, ölə bilməyəcəksən...
bəlkə mismar mismarı sökər deyə can halıyla önünə çıxana sarılmaq
istəyəcəksən...
nafilə...
düşüncəsi belə dözülməz gələcək...
yuxular görəcəksən, gerçək olmasını istədiyin. ..her sıçrayaraq oyandığında onun adını söylədiyini fərq edəcəksən. ..telefonun çalmasını gözləyəcəksən. ..aramayacağını belə belə. ..hər çaldığında ürəyin ağızına gələcək. ..ağlamaqlı danışacaqsan axtaranlarla. ..ürəyin burxulacaq. ..canın
yanacaq. ..bir daha sevməməyə and edəcəksən. ..hayata dair heç bir şey etmək gəlməyəcək içindən. ..onun səsini bir dəfə daha eşitmək üçün yanıb alovlanacaqsan. ..dəfələrcə axtardığı günlərin qiymətini bilmədiyin üçün özündən nifrət rdəcəksən...yaşadığın şəhəri tərk etmək istəyəcəksən. ..onunla heç bir anının olmadığı bir yerlərə gedib yerləşmək. ..ama bir ümid. ..onunla bir gün bir yerdə qarşılaşma ümidi. ..bu ümid səni getməkdən saxlayacaq. ..gel getlər içində yaşayacaqsan. ..buna yaşamaq deyilirsə...

Razısanmı bütün bunlara...?
hazırsanmı sonunda ölüb ölüb dirilməyə...?
o halda aşiq ola bilərsən ...

Tərcümə etdi:
PRETTY_GİRL

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri