+++++++++++Bir Nəfəs Duman

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 160
Səs ver:
(səs: 0)
Gecənin bir yarısı,
Düşdü üzüm önümə...
İnan bilmirəm,
Nə qaldı geriyə...
Gözlərim olacaqdı burada bir yerdə,
Görə bilməliydim səni..!
Danışa bilir olmam lazım idi.
Duya bilməli idin məni..!
Haydı hamısını keçdim deyək,
Toxuna bilir olmam lazım idi.
Yox...
Bütün üzvlərimi itirmişəm bu kor qaranlıqda.
Sanki bir zibil adam kimi
Dolanıram ortalıqda.
Tərifi yox dərdimin,
Duymadın bəlkə bu qədərini daha...
Tez ol...
Yağan bir yağış gəlir ağılına,
Bəlkə aldanarsan yalançı bir payıza,
Özünü tapdığında bomboş küçələrdə;
Dərdim düşsün ağılına...
Əlini qaldırmadan çizə bilidiyim bir surətəm yalnız.
İncə bir xəttdən ibarət darmadağın bədənim.
Biləsən, nöqtə ilə işarələdiyin gözlərim yox mənim.
Yarım bir dairə ilə çəkə bilməzsən susqunluğumu üzümə,
Danışacaq bir dilim yox mənim.
Bir mən edə bilmirəm əslində bu bədəndə.
Qırılmış sanki hər yanam.
Zamana söymələrim başlayır bu anda,
Ən lal halımla avazımın çıxdığı qədər qusuram nifrətimi.
İtir zaman sonra saçlarında.
Bir ah qalır yalnız dodaqlarımda...
Boş qalan göz çuxurlarımdan izləyirəm olan bitəni.
Bulanıq bir su kimi,
Nə yana baxsam hər şey əskik, hər şey yarım.
Sus...
Əsla soruşma..!
Nə haqqın var öyrənməyə,
Nə də həddin var soruşmağa.
Səbəbi sən deyilsən,
Ya da qəhr olası yoxluğuna təslim olmadım hələ.
Görə bildiyin nə varsa ,
İşdə budur səbəbi; üsyan...
Sanki bir bədənə sahibəm kimi içim yanır bəzən, aldanır.
Olanı bitəndən çıxarıram,
Geriyə bir ovuc yalan qalır.
Deyilmiş süni sözlər batır dilimə, dodaqlarıma.
Süzülürlər damla damla.
Niyə deyə soruşmadım,
Hələ deyilməmiş sözlər ilə ovuduram özümü
Yeni hərflər törədirəm əskik yanlarımdan.
Nə varsa geriyə qalan;
Bir tutam üsyan...
Bir nəfəs duman..!

Tərcümə etdi:
PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri