Əllərinin istisi hələ də əllərimi isidir səndən xəbərsiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 380
Səs ver:
(səs: 0)
Bir qadın nə istər uşaqlığında?doğulduğu və ağlının kəsdiyi gündən onu qoruyacaq və isti əllərini başqa bir isti və balaca ələ verməyi.Heç anlamasa belə.Sevginin nə olduğunu anlamasa belə.Bəlkədə o anlamasızlıqları sevər elə .O paklıqları və təmizlikləri sevər.
Əllərinin istisi hələ də əllərimi isidir səndən xəbərsiz

Bir qadın nə istər gəncliyində?Uşaqlıqda tutduğu o isti və balaca əlin artıq isti kürəklərinində ,qüvvətli qollarınında iştirakın görmək istər həyatında.Bəzən sonunun ümüdsüz olduğunu düşünsə belə o qüvvətli qolları tərk etməsini əsla istəməz.


Bir qadın nə istər həyatında?O qüvvətli qolların və əllərin bir anda ən zərif toxunuşa çevrilib onu halalı etməsini.Bəzən o gözəl gündə yanımızdakıyla qəlbimizdəki fərqli insanlar olar.Amma sonda o zərif toxunuşlar qəlbimizə də yol tapar.

 
Bir qadın nə istər evlilikdə?Təbii ki, o zərif toxunuşların bəhrəsini daxilində hiss etməyi.İki canı bir bədəndə daşımaq qədər gözəl bir hiss varmıdır qadın üçün?Yoxxx...


Bir qadın nə istər həyatının saylı günlərində?Təbii ki ,uşaqlıqda tutduğu o balaca zərif əllərin sevginin və həyatın zərbələrindən qırışmış amma əvvəlki qədər isti və sevgi dolu əllərlə əvəz olunmasını...Üzünə düşmüş qırışlar isə sevdiyinə bir başqa gözəllik qatar...


Bütün bunları tapmadıqda isə qadın sadəcə yalnızlığı seçər.Həyatının yoldaşı daş divarlar,bətnindəki uşağı əzabları,həyatının saylı günlərindəki tək dostu isə gerçəkləşməmiş xəyalları olar.

Müəllif:NİGAR_CAVAD
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri