Sadəcə bir az, bir az düşünürəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 321
Səs ver:
(səs: 0)
Ağaclarda salxım salxım köhnə zamanlardan qalma xatirələr. Yarpaqlarda yerə düşməyə hazırlanan yağış damlaları. Bir yarpaq tərpənir , gümüşü bir damla yavaşca yerə düşür Sən sanki, yarpaqların arasından mənə yüngülcə gülürsən. Məni hər vaxt çaşdırarsan onsuz da. Məni hər vaxt güldürməyi bilərsən. Fərqinə belə çatmadan bir mahnı tökülür dodaqlarımdan "Küçələrdə külək, ağılımda eşq var"
Külək iti ıslığı ilə mahnıma yoldaşlıq edir. Küçənin tənhalığı nədənsə ilk dəfə içimə toxunur Avtomobilə minsəm və birlikdə gəzdiyimiz yerlərə getsəm, evimdə şeirlər oxuyaraq telefonunu gözləsəm, telefonunun gəlmədiyi zaman səni başqa yerlərdə axtarsam Sonra sən gəlsənsə yanıma, yenə "sevirəm" desən, mən yenə sənin gözlərində sonsuzluğa məhkum edilən eşqimi görsəm. Ayrıca mahnılar gerçək oldu bu dəfə Küçədə külək, ağılımda eşq var.
Təkəm, üşüyürəm, darıxdığımsa çox uzaqlarda. Bağçama mələklər yağır, hamısı da tanış. Səndən doğan, gözlərində həyat bulan, bizi qoruyan, gözləyən və ən əhəmiyyətlisi ikimizi bir araya gətirən mələklər.  Sən kim bilər bəlkə də, uzaq bir qitənin, uzaq bir şəhərindəsən indi
Mənimsə hər şeyim eyni. Gecələri bodrum qatlarına yağış daha çox yağırmış, bu günlərdə bir tək bunu öyrəndim. Bir də gecələri daha uzun sanki, bitmək bilmir. Mənə izah etmək üçün nələr yığdın içində? Mənim sənə izah edəcəyim yeni bir şey yox. Dedim axı, hər şey eyni. Amma sanki bir az mahsunluq çökdü üzərimə, bir də gülüşlərim sanki bir az azaldı. Sən olsaydın dərhal anlar idin. Sən mənim hər şeyim idin.
Şərtsiz bir sevgiylə sevdim səni, bağlandım Sən kim bilər bəlkə də, uzaq bir qitənin, Uzaq bir şəhərindəsən indi. Mənimsə içimdə böyük bir boşluq var. Xeyr, kədərlənmirəm, içimdəki boşluqda bir tək həsrətin əks-sədalanır. Xeyr, sənə izah etmək üçün yeni şeylər yığmıram içimdə, çox istəsənsə hekayələr uyduraram. Amma hekayələrimdən əvvəl etiraflarım olacaq. Özümdən belə gizlədiyim duyğularımın etirafları. Sənə aşiq olmaqdan dəli tərəfindən qorxduğumu, sənə baxarkən içimin titrədiyini. Daha bir çox, sirrimi izah edəcəyəm sənə
Hərçənd izah etməmə ehtiyac yoxdur, sən onsuz da hamısının çoxdan fərqindəsən Sən kim bilər, bəlkə də uzaq bir qitənin, uzaq bir şəhərindəsən indi
Mənsə otağımda səndən uzaq. Xeyr məni maraqlanma, kədərlənmirəm. Bilirəm, ikimizdə yoxduq bu eşq başladığında və çox yaxşı bilirəm, sonsuzluğa məhkum edildi bizim eşqimiz. Dedim axı, məni maraqlanma. Kədərlənmirəm. Yalnız bir az, bir az üşüyürəm

Tərcümə etdi:
PRETTY_GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri