++++++++++Gül ki, sənin gülüşünlə məndə gülüm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 843
Səs ver:
(səs: 0)

Sevgilim. Yanımda olmağını istəyirəm…
Başımı çiynin üstə qoyub……
Dənizin səsinə…..
Günəşin batışını birgə o xoşbəxlik saçan gözlərimizlə izləmək istəyirəm
Dərin nəfəs verib
Gözlərimi yumub
Sənlə yaşadığımız xəyallara dönmək istəyirəm
Küləyin oynatdığı tellərimi əllərinlə tutmağını istəyirəm
Qovuşduğumuz bu anlarda
Mavi gözlərimdəki o sevinc göz yaşlarımı dodaqlarınla silməyini istəyirəm
Əyilməz qürurumuzun belə sevgimiz önünə çıxa biləyəcəyini 
Ürəyimizdən keçən sözləri gözlərimizin bəbəylərinə baxa-baxa
Bu dəli sahil boyunca qışqırmaq istəyirəm
İlk sevgimizin ikimiz üçün də ömür boyu ilk və son sevgimiz olaraq əbədiyyətdə qalmağını istəyirəm.
Sevgimizin addımladığı bu yolda…..
Sonu ölüm də olsa bu yolu sona qədər getmək istəyirəm…..
ALLAHın bizə verdiyi mərd, güclü, təmiz, cəsarətli sevgimizin 
Bizi ömür boyu tərk etməməyini istəyirəm…
Bir birimizi süzdüyümüz o baxışların altındakı gizli mənanın sevgi olduğunu
Bizi ayıran sevgimiz yanında boş olan, o mənasız və dəyərsiz 
şeylərin gedib
Birdə geri gəlməməyini istəyirəm
Ayrılıq buludlarının tökdüyü göz yaşlarının altında
Bizi ayırdığı günlərin acığına
Ayıranların ayıra bilmədiyi sevginin gücünü göstərmək istəyirəm
Başımı qoyduğum bu rahat yerdə ömür boyu daş olub qalmaq istəyirəm.


Mən səninlə hər şeyə hazır idim.
Günəşin doğan hər şüasıyla bir yerdə izləməyə.
Gecələr sonsuz ulduzları saymağa.
Ay işığında, xəzər sahilində, ayaqlarımıza hər vuran ləpələrdə sevgimizidi bir daha bir birimizə sübut etməyə hazır idim.
Bir yerdə gədən yolda ayaqlarımızı incidən cınqılların üstündə gəzməyə.
Qan getdiyimiz yollarda iz qoyana qədər hazır idim.
Dolmuş buludların göz yaşlarını yanaqlarımdan silməyə hazır idim.
Tellərimə sığal çəkdiyin həmin dəqiqələri sonsuzluqa qədər
Saxlamaqa hazır idim.
Qulağıma pıçıldadığın, ürəyimi yerindən oynadan sözləri ömür boyu xatirələrimdən
Silməməyə hazır idim.
Qəlbimin qapılarımı bağlayıb, ora səndən başqasını buraxmamağa hazır idim.
Səndən başqa hec kimə yuxuma belə gəlməyinə icazə verməməyə hazır idim.
Bir-birimizə sarmaşıq kimi dolaşıb ALLAH-dan başqa qüvvənin ayıra bilməyəcəyinə hazır idim
Sahildə yazdığımız adların üstünə gələn böyük ləpənin belə
Bu sevgiyə qıyıb poza bilməyəcəyini anlayıb 
Geri çəkiləcəyinə əmin idim.
Böyük bir eşq alovlanmaqda idi......
Alovlarını, atəşini söndürmək istəyən soyuq sular
Bu sevgini daha da şiddətli ayrılmaz qüvvəyə çevirməkdə idi.
Məcnun adı yaraşdırılan insan belə bu sevgini görüb adından utanacağına əmin idim..
Alovlarını, atəşini söndürmək istəyən soyuq sular
Bu sevgini daha da şiddətli ayrılmaz qüvvəyə çevirməkdə idi.
Məcnun adı yaraşdırılan insan belə bu sevgini görüb adından utanacağına əmin idim.....
Yazılan sevgi hekayələrindəki qəhrəmanlar belə bu sevgiyə həsəd aparacağına əmin idim.
Şairlər bu sevgini ağ vərəqə köçürə bilməyəcəyinə əmin idim.......
Mən belə sevgiyə hazıram....
Heç vaxt üz döndərməməyə
Başqalarının aramıza girə bilməyəcəyinə 
Gözlərimi yumub axirəti gözləyənəcən səninlə olub 
Səni sevməyə hazıram..
Mən səni. Sən də məni…..
Sən sevgimi mən qəlbini….
Sən ölümü. Mən sonu istəyirəm....
Canım, gözum, sevgilim, bircəciyim, həyatım, varlığımın mənası,hər şeyim ve ən əsas mələyim.
Sevgi deyilən hiss nə qədər qəribə, ülvi hissidir. Elə hissdir ki, insan özündən əvvəl sevdiyi insanı düşünür. Ürək bir insanı bu qədərmi sevər? Bir insan üçün özündən vacib, özündən dəyərli heç kim yoxdu. Amma mənim üçün özümdən də, canımdan da dəyərli bir varlıq var. Bir sevdiyim və bir sevənim var. Nə olsun ki, sevdiyim çox uzaqlardadır? Nə olsun ki, ona əlim çatmır, gözlərinə baxaraq "Səni sevirəm, sənin üçün darıxmışam" deyə bilmirəm. Nə olsun ki, ağlayanda göz yaşımı silə bilmir?
Nə olsun ki, ehtiyacım olduğu vaxtda təsəlli verə bilmir? Amma, yenə də onu çox sevirəm. Bilirəm, o da məni düşünür, o da hədsiz darıxır, birlikdə keçirdiyimiz günlər üçün. Uzaq da olsa mənimlədir. Fikiri də, ürəyi də, ruhu da yanımdadır. Hər zaman mənimlədir. Ona toxuna bilməsəm də, xatirələrimizə toxunuram. Dönüb keçmişə baxıram. Ordan sevgi dolu baxışlarla gülümsəyən biri var. O da canımdan bir parça, hayatımın mənasıdır.Yolda düşüncəli-düşüncəli gedərkən belə onu yanımda hiss edirəm. Elə bil bir əl uzanır mənə tərəf: "Yanındayam, sevgilim. Qorxma, özünü yalnız hiss etmə, üzülmə" deyir. Bax, o an hər şeyi unuduram. Yalnız onu hiss edirəm. Gözlərimi yumuram bir anlıq.
Təsəvvür edirəm ki, əlin əlimdə, gözlərin gözlərimdədir və ən əsası, sən yanımdasan. Səni necə sevməyim? Uzaq da olsan çox dəyərlisən. Uzaq da olsan hər şey edirsən mənim üçün. Özümü yalnız hiss etməyim deyə əlindən gələni edirsən. Bir söz var: "Həyata bir dəfə də gəlsəm yenə səni sevirəm". Həqiqətən, həyata bir dəfə də gəlsəm yenə də səni sevərəm. Çünki, mən artıq sən olmuşam, sevgilim. Ürəyimlə, ruhumla tamamən sənə aidəm, yalnız səninəm. Hər addımda, yatanda, oyananda, yemək yeyəndə belə səni düşünürəm. Yemək yedikdə öz-özümə deyirəm: "Görəsən, o yemək yeyib?". Yaxud, yemək boğazımdan keçmədikdə "Görəsən, o acdır?" deyirəm öz-özümə və yemək yemirəm. Sən yemək yeməyənə qədər, sən yatmayana qədər mən də yatmıram, sevgilim. Çünki, mən sənsiz bir heçəm və hər anım səninlə bağlıdır. Qısası, səninlə yaşayıram və səni düşündüyündən də çox sevirəm.


Yetər ki, sən ol. Möhür kimi ürəyimdə, dua kimi
dilimdə, həyat kimi gözlərimdə.. .Sadəcə sən ol..




(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri