Ürəyində

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 726
Səs ver:
(səs: 4)
Yağışın yeni islatdığı təzə torpağın qoxusunu duyduğunda ağılına mən gəlmək istəyərəm. Ya da gözlərin dənizin maviliyinə daldığında.... Uzaqda üfüq xəttində yalnız tüstüsü görünən o gəminin içində mənim olduğumu düşünməyini istəyərəm.
Bir-biri ardına həsrət mahnılarını dinlərkən yanında mən olmaq istəyərəm. Məni xatırlamaq istəsən, hər yeni doğan günlə birlikdə çıxaram qarşına, günəş olar işığımla işıqlandıraram səni. Buram buram bir qəhvə qoxusu olaram. Küçədə oynayan uşaqların səsində, işə getmə təlaşına düşmüş insanların gözündə, yerə düşmüş yarpaqların çıtırtısında taparsan məni.
İstəsən eşitdiyin hər səs məni xatırladacaq sənə, bəzən bir quş olub ötərəm pəncərəndə.
Bəzən bir qatar kimi tıqqıltılarla keçərəm qarşısından. Sözlərini əzbərdən bildiyin və söyləməkdən əsla bezmədiyin mahnı olaram. Sən o mahnını deyil məni söyləyərsən əslində...
Məni görmək istəsən həmişə qarşında olaram. Səmadakı ağ buludların arasındayam mən. Başını yuxarı qaldırmağın kafi məni görmək üçün, yolda rast gəldiyin hər kəs mənim əslində.
Mənimlə çıxarsın yola hər səhər, axşam evinə dönərsən. Getdiyin hər yerə gəlirəm səninlə, sən yorulduğunda yorularam məndə. Sən oturduğunda oturar, qalxdığında qalxaram.
Əgər istəsən bütün gecə başında saçını oxşayaram sən yatarkən. Üzündə gülümsəməklə yuxuya dalışını izlərəm.
Mənə toxunmaq istəsən bir çiçəyin yarpaqlarında olaram mən. Yaşılını mavinin ən canlısındayam. Əlini uzatdığın hər yerdəyəm. Toxunmaq istəsən mənə özünə toxun, dodaqlarındakı atəşim, bədənindəki istilik.
Bədənini ürpərdən küləyəm mən.
Heç getmədən mən. Oradayam, məni görmək, mənə toxunmaq, məni xatırlamaq istədiyin yerdə
/Mənbə: Qadınlar.biz/

(səs: 4)
Şərhlər: 2
Baxılıb: 2 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri