BİRGÜN...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 933
Səs ver:
(səs: 1)
Bir gün qapı döyülmüşdü. Amma qapıda heç kəslər yoxmuş. Qapının qarşısında yalnız bir qab...
Ətrafa baxmış amma kimsəni görə bilməmişdi. Qabı yerdən götürmüş. Gözləri yaşlı açmış qapağını. İçində narıncı bir balıq görmüş. Tam o sırada gözlərindən bir damla gözyaşı damlamış qaba.
Balıq birdən tərpənməyə başlamış. Dar qabın içində oradan oraya dönmüş dayanmış. Qız məna verməmiş nələr olduğuna. Daha çox ağlamaya başlamış. Kədərlənmiş balığın halına. Ağladıqca damlalar qaba tökülmüş. Balığın rəngi göyərməyə başlamış. Sonra anlamış gözyaşlarının kiçik balığı zehirlediğini.Tez gedib suyu dəyişdirmiş. Balıq təkrar canlanmış köhnə halına geri dönmüş.

Aradan günlər keçmişdi. Qız balığına mahnılar söyləmiş durmadan.Dərtləşmiş dərdini izah etmişdi. Balıq dinləmiş. Amma ağlamamış heç. Balığı ölməsin deyə. İçinə axıtmış gözyaşlarını. O qədər çox sevmiş ki kiçik balığı heç ağlayamamış

Amma günlər keçdikcə qız xəstələnməyə başlamışdı. Rəngi ​​solmuş. Halsız qalmış. Kimsə nə olduğunu anlaya bilməmişdi. Amma kimsə bilməmiş, içinə axıtdığı gözyaşlarının özünü zəhərlədiyini. Əsl ağlarkən daha xoşbəxt olduğunu, zəhərini belə çölə axıtdığını kimsə öyrənə bilməmişdi.
Ondan geriyə yalnız narıncı bir balıq qalmışdı.

Daha mı qiymətli idi uğruna gözyaşlarımızı saxladığımız .. Özümüzü zəhərləmək dahamı asan,.Gizlənmək.Qaçmaq həlmi? Daha mı qiymətli narıncı balıqlar?


Daha mı qiymətli öz həyatımızdan? Durma ağla. Durma axıt göz yaşlarını. Tök içindəkiləri, burax getsin gedənlər. Burax ölsün balıqlar, burax qırılsın qab.

Əlbət bir balıq var gözyaşlarında canlanacaq, əlbət bir qab var gözyaşlarından qırılmayacaq. Əlbət bir balıq var səni ağlatmayacaq, gözyaşlarını dindirəcək, sənin səsinlə danışacaq. Gözyaşlarında bir problem yoxdur ...

Qapında belə olsa, tək məsələ səhv balıq, səhv qab.
Ya da səhv zaman səhv insan ..

 
        Dogru zamanda dogru insani tapmaq ümidilə ...
 
Tərcümə etdi:AYGÜN18
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri