Bir söz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 699
Səs ver:
(səs: 7)
 
Ürəyimə basdırdığım üstünü min bir çiçəklərlə örtdüyüm ürək... 
Görəsən insan yalnız bir dəfə sevər həqiqətən? 
Başqa ürəklərdədə hiss edərmi o çağlayanlar kimi coşduran xoşbəxtliyi? 
Özünü bir boşluqdamı hiss edər yoxsa? 
Bir söz
 

Özümü aldadıram davamlı olaraq. Üzümü gülən görənlər birdə gəlsin ürəyimi ziyarət etsin! Gözlərində özümü tapdığım, Həyatın əlindən tutmağı öyrəndiyim,getdiyin gündən içimdə mənasız bir hüzn var. Gülərkən belə canım ağrıyır. Bəzən yoxluğa basdırılıram.. Heç kim görmədən ağlayıram. 

 

Bir söz
Və göz yaşlarımı ləl-cəvahirat kimi saxlayıram. Onlar səndən qalan tək xatirədir mənə.Heç kimi bilməsinə icazə vermirəm buna görə.

 

Bir söz
Bir yanğı idin ki, dənizlərin belə söndürməyə gücü çatmazdı. İndi o yanğını bir ovuc ürəkdə necə tuta bilərəm görəsən? Yoxsa dildə olmayınca könüldəndə uzaqlaşarmı deyirəm. 

 

Bir söz
Kaş ki yanımda olsan.. Olsanda izah etsəm uzun uzun. İçimi ürpərdən təklik duyğusuna qapılmasam. Xəyallarım boş bir səhifədən ibarət olmasa. Getməsi uzun bir səfərə çıxmasam. Səni hər xatırladığımda kədərlənmək yerinə xoşbəxt olsam.

Bir söz
 

Kaş ki ruhuna toxuna bilsəm və səndəki duyğuları hiss edə bilsəm,səni anlayıb izah edə bilsəm. Ürəyinə inci dənələrindən yarpaqlar töksəm, və ürəyin baharı yaşamağa başlasa. O şirin gülüşlərin üzündən heç əskik olmasa..Mən yanında və daim ürəyində olsam.

 


(səs: 7)
Şərhlər: 3
Baxılıb: 2 699
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri