Bəzən boş verəcəksən hər şeyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 998
Səs ver:
(səs: 2)
Boş verəcəksən bəzən həyatı...
Yatarkən "sabah oyanacağam?" sualını düşünmədən, özünü yuxunun qollarına təslim edəcəksən...
Bir parça quru çörəklə, bir stəkan su ilə dünyanın varlısı olmağın xoşbəxtliyini yaşayacaqsan...
Nəfəs alarkən, ciyərlərini yırtarcasına alacaqsan ki, yaşadığının fərqində ola biləsən...

Boş verəcəksən bəzən hər şeyi...
Ürəyin qan ağlasa da, inanılmaz böyük bir gülüş yaraşdıracaqsan ki üzünə, xoşbəxtliyi utandırasan...
İşini, evini, telefonunu, komputerini, görüş dəftərini atıb, bir dəst paltarda atacaqsan özünü küçələrə...
Beləcə, heç nə düşünmədən, küçə-bacanı gəzib, azad halda gücün bitənə qədər arxana baxmadan qaçacaqsan...
Sonra sakitcə çəmənliyə uzanıb, Torpaq ananın laylasını eşidəcəksən, rahat-rahat...


Boş verəcəksən bəzən hər şeyi...
Ağlamaq istəsən göz yaşlarını axıdacaqsan, "kim nə deyir-desin" düşüncəsiylə...
Bir dostu qucaqlayacaqsansa, bütün ürəyinlə qucaqlayacaqsan ki, sevgini hiss edə biləsən...
Sevəcəksən... Gözü qara girəcəksən sevdanın dibsiz quyusuna, həm də "sonu nə olacaq?" qorxusu
yaşamadan...

Boş verəcəksən bəzən hər şeyi...
"Sabah nə olacaq?" həyəcanı duymadan, yaşayacaqsan dəlicəsinə...
Çünki yaşamaq bir sevgidir, hər dövürdə bir ad qoyulan...

Unutma... Bir stəkan çay kimidir ömür...
Kimininki bir dəfədə bitər...
Kimininki isə qurtum-qurtum...
Çayın dibində qalan çöplər isə həyatdan qalan qırıntılardır..

P.S: Yaşadığın heç nə üçün peşman olma.
Unutma, doğruların kimi, yalnışların da sənindir.
Sən sadəcə onlardan dərs çıxar... Və... Həyatı dəlicəsinə yaşa..

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 998
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri