Təhlükəli sularda üzürsünüz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 180
Səs ver:
(səs: 1)
Həyatda nəyin, nə vaxt olacağı müəyyən deyil. Bir baxarsınız ki, təhlükəli bir suda üzürsünüz! Etməniz lazım olan boğulmadan əvvəl quruya çıxa bilməkdir... Bunlar hər kəsin başına gələ bilər!

Aldatmağa doğru əmin addımlarla irəliləyənlərdənsiniz? 
'Heç kim ortada bir şey yoxkən aldatmaz. Məni bu vəziyyətə o gətirdi!'  deyirsiniz?
Yaşayacaqlarınıza hazır olun!
Aldatmaq od kimidir. Uzaqdan gözünüzü ala bilər. Halbuki yaxınlaşdığınızda sizi yandıra bilər.
Ondan həqiqətən imtina etmək və onu itirmək istəyirsiniz? Buna yaxşıca əmin olmalısınız.
Çox təəssüf ki iş işdən keçdi və aldatdınız? Amma çox peşman oldunuz və onu itirmək istəmirsiniz? Elə isə etiraf etmədən əvvəl düşünün! Bəlkə siz rahatlayacaqsınız amma ya o? Heç bir şey keçmişdəki kimi olmaya bilər! Bu vəziyyətdə sizə təklif edəcəyimiz favorit film: Sədaqətsiz! Monotonlaşan bir evlilik, insana unutduğu arzuları xatırladan bir təsadüf və alt-üst olan həyat... Bu filmdə rol almaq çox asan deyil.

İş yerində eşqə qarışanlardansınız? 
İş yerində, evinizdə olduğunuz müddətdən daha çox zaman keçirirsiniz və bu vəziyyətdə də aşiq olacağınız adam iş yerində qarşınıza çıxır? 
Yaşayacaqlarınıza hazır olun!
Sevgiliniz sizdən üst səviyyədədirsə, müdiriniz , sizi istəmədən də olsa  səhvlərinizə göz yumub, sizə artım belə edəcək. Bu vəziyyət əsla xoşunuza getməsin. Çünki ayrıldığınızda sizə o iş yerini zindan edəcəyini də unutmayın. Buna görə başdan bəri obyektiv olması sizin üçün mükəmməl bir üstünlük olacaq. Ya siz sevgilinizdən üstünsünüzsə? Məsələn o sizin,  şagirdiniz ya da yanınızda işləyən biridirsə? Bu vəziyyət inanılmaz risklidir, o qədər risklidir ki qovulmanıza belə səbəb ola bilər. 'Xeyr mən iş yerində eşq yaşamaq istəyirəm!' deyirsinizsə diqqətli olun. Bu vəziyyətdə sizə təklif edəcəyimiz favorit film: Jerry Maguire! İş yerindən birdən istefa verib platonik eşqinin arxasından gedən qadın.

Rəfiqənizin eşqinəmi aşiqsiniz?
'Eşq maneə tanımır, harada, nə vaxt və kimə aşiq olacağımı mən seçə bilmirəm deyirsiniz?

Yaşayacaqlarınıza hazır olun!
Rəfiqənizin platonik eşqinə aşiqsinizsə, bəlkə bir şansınız vardır. Əgər rəfiqəniz eşqindən ölmürsə, sizə anlayış göstərəcək və siz bəlkə də xoşbəxtliyə çata biləcəksiniz. Aşiq olduğunuz adam əgər hələ rəfiqənizin eşqidirsə yoldaşınıza ciddi və unudulmaz bir dost payı atmaq üzrəsiniz! Sağlam düşünün. Sonu müəyyən olmayan bir eşqmi istəyərsiniz yoxsa dostunuzumu? Rəfiqənizin keçmiş sevgilisinə aşiqsinizsə, bunu onunla bölüşün. Bəli, bəlkə çox çətin olacaq amma bəlkə də zamanla sizi anlayıb təkrarən hər şey düzələcək.
Bu vəziyyətdə sizə təklif edə biləcəyimiz favorit film: Pearl Harbor! Ən yaxın dostunun döyüşdə öldüyünü sanması üzərinə, onun sevgilisiylə eşq yaşayan adam, yoldaşı döndüyündə baxın əlaqəyə nələr olacaq!

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri