Vəfasız sevgilimə məktub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 073
Səs ver:
(səs: 6)
Vəfasız sevgilim
 
 Sənə olan bu məhəbbətim, sənin mənə olan sevgindən deyil. Sənə olan bu məhəbbətim ancaq mənim sənə olan sayğımdan, mərifətindən, ağıllı və tərbiyəli olduğundandır. Mən səni sevərkən sən isə başqa birisi ilə eşq-məhəbbət yaşayırsan. Mənimlə olan hər telefon zənglərində yalan sözlərinlə məni aldadırsan. Əgər sən vicdanının səsini eşitsəydin mənə qarşı bu cür xəyanət etməzdin.
 
  Onu bil ki mənim sənə olan bu məhəbbətim bəlkə də mində bir oğlan bir qızı mənim kimi istəyər. Məhəbbətimə xəyanət etmisənsə elə bilirsənsə məndən canını qurtarıb əl çəkmisən, amma xeyr səni mən ölənə qədər unutmayacam. Bir gün başqası ilə ailə həyatı qursam belə yenə də səni heç bir zaman unutmayacam.  
 
  Sən əgər unutsan belə mən səni qəlbimə gömüb və deyəcəm ki, sən mənim üçün ancaq qəlbimdə yalnız unudulmuşlar sırasında olacaqsan. Sən əsl sevgini, məhəbbəti bilsəydin məni bu cür qəlbimdən vurmazdın. Əgər sən mənə birdəfəlik sevmirəm desəydin bu məni o, qədər də yandırmazdı. Amma sən məni ilk dəfə qəlbimdən qanlı xəncərlə vurub yalnızlıqlar dünyasına buraxıb tərk etmisən. Amma mən hər şeyi zamanın öhdəsinə buraxmışam və demişəm ki, sən mənim həyatımda yoxsan. Olmusan və səni qəlbimə gömmüşəm. Mən səni sevərkən sən demisən ki, əşi heçnə olmaz deyərəmdə məndən ayrılar. Amma sən onuda heç də fikirləşməmisən ki bu elədə asan deyil. Sən başqası ilə məhəbbət yaşayarkən, sevərkən məni heçdə düşünməmisən. Və sənə olan son sözüm budur ki, mən səni son nəfəsimə kimi sevəcəm və xəyallarımda yaşadacağam. Əlvida mənim Vəfasız Sevgilim. Sənə olan son məktubum. 
 

 
 
 
 
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 7 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri