Əlvida eşqim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 918
Səs ver:
(səs: 3)
Sən getdin... Özündən sonra bir dəhşətli qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluğu geridə qoydun. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz belə söyləmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, məhv oldum. Sonsuzluqda bir insan necə olar...səsi, nəfəsi necə duyular? 
Əlvida eşqim... Əlvida sevgilim. Sən özünü heç belə lazımsız, belə dəyərsiz, belə tənha hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuqdur. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi kimidir...dodaqlarım möhürlənib. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlandı. Yoxluğunun qarşılığı çox ağırdır, sevgilim.

Sevinclərim, xəyallarım, ümidlərim, rəngli dünyam, əlvida... Əlvida həyat. Həyatın mənası, əlvida. Heç kim yoxluğunun fərqində deyil. Sənsiz nə vəziyyətdə olduğumu heç kim bilmir. İtib gedən bir məhəbbətin kədərini başa düşmürlər.
Dünənə qədər xoşbəxtliyin ən uca zirvəsində idim, ayaqlarımın altından sürüşüb gedirdi torpaq, dənizlərin, ovaların üstündən uçurdum. Günəş qədər yaxın idi mənə eşq. Günəş qədər isti və parlaq. Tərk etdin birdən-birə qanadlarım kəsildi. Sürətlə dəydim yerə, boşluğun içindəyəm, artıq heç bir şeyəm. Ancaq bir vaxtlar dünyanın ən zəngin adamı idim. Bütün çiçəklər bizim üçün gül açardı, bizim üçün dadlanırdı meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlayardı. İndi toz-duman içində qızğın bir çöldəyəm. İstiqamətimi, yolumu itirdim. Küləklərə tərk etdim gövdəmi, sürünürəm. 

Sən mənsiz necəsən, bilmirəm. Rahatsanmı, xoşbəxtsənmi, məni bu qədər tez unudarsanmı? Birdən-birə necə keçmişə çevrilə bilərsən?

Dünənə qədər gözlərindən eşqi içdiyim, dodaqlarında qəlbimi əritdiyim, uğrunda bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey sevgili haradasan? Kiminləsən? Kimlərləsən? Kimlərlə oyanış könül əyləndirirsən? Mən burada, tərk edib getdiyin yerdəyəm. 

Əlvida eşqim... Əlvida yeganə sevgilim...Əlvida sevgilim! Əlvida sənə...
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri