Sevmək hər şeyi həll etmir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 728
Səs ver:
(səs: 4)
Səninlə tanışlığımız elə qəribə idiki, düşündükcə gülmək istəyirəm. Heç vaxt yadımnan çıxmaz səni ilk gördüyüm o gün. Hələ də yadımdadı. 2010-cu ilin sentyabr ayının 20-si idi. Yadındadımı ikimizin bir ortaq dostumuz vardı sən də onla gəlmişdin. Həmin gün isə sənin qardaşının ad günü idi. Ona hədiyyə almalıydınız. Məndən hədiyyə almaq üçün kömək istəmişdin. Elə olduki dostumuzun işi oldu o getməli oldu. Sənlə mən tək getməli olduq. Bəlkə inanmarsınız amma mən onu gördüyüm elə o ilk dəqiqədə vurulmuşdum ona. Onla getdiyim o yollar sanki ayağımın altda yox idi, uçurdum. Onun gözləri məni məndən almışdı. İlk baxışda sevgi yoxdu deyirdim, inanmırdım. Amma var imiş.... Elə o ilk görüşdən sonra sən dedinki dost ola bilərik? Təbii ki sənin dostluğun mənim üçün çox dəyərlidi dedim və dost olduq. Əvvəllər bunun dostluq olduğuna inandırmışdım özümü. Amma daha sonralar onu görmək, onla danışmaq istəyirdim. Hara getsəm onu axtarırdım. 2 dəqiqəlik də olsa, uzaqdan belə olsa onu görmək istəyirdim. Hər dinlədiyim mahnıda, baxdığım hər filmdə o vardı sanki. Onu ağlımdan çıxara bilmirdim. Onun da mənə qarşı nəsə bir hissi olduğunu azda olsa hiss etmisdim. Amma inanmırdımki o məni sevsin. Çünki başdan demişdiki bir sadəcə dost olacayıq. Mən də razılaşmışdım. 2011-ci il avqust ayının 9-u idi danışırdıq, və birdən onun dediyi sual məni lap çardırmışdı.  
 
 O dediki "dostluqdan sevgiyə keçmək olarmı?” ... Mən həqiqətən donub qalmışdım. Sualı təkrar soruşdum. O isə dediki axırıncı dəfədi deyirəm tam fikrini de. Əgər fikrimiz eyni olsa nə əla, yox əgər ayrı düşüncələrdə olsaq söhbəti elə burdaca bağlayıb, dost olaraq qalacayıq. Ona izah etməyə çalışdımki, dostluqdan sevgiyə keçmək olur. O isə niyə deyə soruşdu. Yenə izah etdimki çünki dost olduğun vaxt həmin insanı daha yaxşı tanıyırsan. O isə üzündə şirin bir gülümsəmə ilə mənə baxdı və dediki mən bunları bilirəm, sadəcə sən danış mən dinləmək istəyirəm. Heç özüm də bilmədən başladı sevgimiz. Hər gün danışırdıq, həftədə ən azı 3 dəfə görüşürdük. Çox xoşbəxt idim. Necə xoşbəxt olmayımki ilk görüşdə aşiq olduğum adam sevgilim idi, o da məni sevirdi. Amma bu xoşbəxtlik çox çəkmədi... Cəmi 4 ay.... 2011-ci ilin noyabr ayının 25-i idi ondan zəng gəldiki görüşə bilərik? Mən razılaşdım, amma onun səsindəki narahatlığı da hiss edirdim. Biz görüşdük
 
  Onun gözləri dolmuşdu. Səbəbin soruşdum. O dediki "ailəm razı deyil səninlə görüşməyimə. Deyirlərki qızı boş yerə ümidləndirmə, sizdə heçnə alınmayacaq. Çünki artıq sənin üçün qız tapıblar, və onla nişanlayacaqlar.” Onun dediyi hər sözə inanırdım. Mənə yalan deməyəciyini bilirdim. Ailəsini də tanıyırdım. Özümü güclə toplayıb bircə bunu soruşdumki "ayrılaq?” ... Bunumu demək istəyirsən? Biz ayrıldıq, amma mənim ürəyim hələ də onunla vurur, onla nəfəs alıram. Eşitdiyimə görə oda məni düşünür. Amma nə fayda? Artıq 6 aydı onsuz keçən hər günüm cəhənnəm əzabıdı mənə. Bu il institutu bitirib əsgər gedəcək. Onu görməyi çox istəyirəm. Ən azından son dəfə. Həyatdı nə bilmək olar? Bəlkə o qayıdanda mən olmadım. Fani həyatdı. Onu cox sevirəm. Çox xoşbəxt ol sevgilim. O qədər xoşbəxt olki sənə baxanda məndə xoşbəxt olum. Çünki sən necə olsan məndə elə olacam. Bilirəm sənin bu sözümdən çox xoşun gəlirdi.. Oduki səni çox sevirəm "SEVGİM”  
Sevgi tək xəyanətdən dağılmır, buna ailələr də səbəb olur. Mübarizə aparmaq olar. Amma bəzən elə seçim etməyini istəyirlərki insandan. 

(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 728
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri