Qısqanc sevgili dialoqları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 910
Səs ver:
(səs: 5)

Kim idi o qız???  
- Hansı qız, həyatım?  :  :26:
- Yanımızdan keçəndə başını ikiqat əyib salam verən.  
- Doğrudan? Mən görmədim..  
- Baxma, öldürəcəm!   :125:
- Eee maraqlandırırsan sən də adamı...  
- Maraqlandın deməli... Necədir? Dəyişib heç olmasa?  
- Kim?  
- Kim olacaq? Köhnə sevgilin! :op:   
- Bəsdi də!  
- Hə... Bəsdi də! Sözün yoxdur deməyə, hə?  
- Bax Allah yaratdı deməyəcəm indi.  
- Bir də döy! Afərin... Qıza baxe, salam verməsi bəs elədi bizi ayırmaq üçün.. Bəs unutmuşdun onu?  
- Kimi?  
- Kimi olacaq? - Köhnə sevgilini!  
- Nə əlaqəsi var? Həm də mənim köhnə sevgilim o qızdan daha gözəl idi.  
- Eləəəəə??? Rədd ol!  
- Səndən də gözəl idi... Ohhhhh!!! Nə oldu, susdun...  
- Ühühühühü...  :15:  
- Zırılda indi! 

- Hardasınız? 
- Yoldayıq, həyatım, dönürük.  
- Hardasınız, yəni tam olaraq.  
- Nə bilim? Şəhərlərarası yolun bir nöqtəsindəyik, tam ad verə bilmirəm indi.  
- O arxadan gələn səs nədir, yaxşı? Kim var maşında sizdən başqa, tanımıram o səsi mən.  
- Kasetə qulaq asırıq, birdənəm, kasetə!  


(Qız qəşəng geyinib və gözəl süfrə hazırlayıb)
- Xoş gəldin, canım!  
- Kim var içəridə?  
- Heç kim.  
- Kimə görə geyinmisən sən belə?  
- Sənin üçün geyinmişəm, eşqim!  
- Get ordan! Uşaq başı aldadırsan? Tez de görüm kim gəlib?  
- Ay Allah! Gir bax, heç kim yoxdur! 

- Diqqət et, gözlərin çəp olacaq yoxsa.. :wacko:    
- Niyə? Nə oldu yenə?  
- Bilmirəm, sanki gözlərin yana doğru çəkilməyə başladı.  
- Sən indi bu xanıma baxdığımı nəzərdə tutursan?  
- Bəzən nə qədər anlayışlı olursan...  
- Yox, həyatım, təkcə paltarı diqqətimi çəkdi, ona görə şey...  
- Mənim də bu başında yolunmamış iki tel saçın çox diqqətimi çəkir!  

(Cütlük yol gedir.)
- Nurlan...  
- Buyur, həyatım..  
- Niyə yerə baxaraq gedirsən? 
- Yoxsa..?  
- ...
- Allah başıva daş salsın, aldatmısan məni, hə? Aldatmısan! Aldatmısan 100%! Nifrət edirəm sənə! Ayrıldıq! :vur:   
- Nə? Necə?!   :uzulen:


- Necəsən, canım, bu gün?  
- Superəm, həyatım, sən necəsən?  
- Hmm.. Necə super? Niyə ki? Nə səbəb var ki?!  
- Necə niyə? Müəyyən bir səbəb yoxdur, elə-belə.. Yaxşı hiss edirəm özümü.  
- Hmm.. (100% başqa birinə aşiq olub bu) Adı nədir? Mən tanıyıram, heç olmasa?  
- ?? 


- Niyə məni oyandırmamısan?  
- Səhər yeməyi hazırlayırdım, bir azdan oyandıracaqdım...  
- Niyə elə geyinmisən? Hara getmişdin, hardan gəlirsən?  
- Gicləmə, sənə omlet hazırlamışam, həm də kartoflu.  
- Kartoflu? Məni yumşaltmağa çalışma, hardan gəlirsən dedim!  
- O biri sevgilimlə getdik, gəzdik, çox da əyləndik, inan ki, omleti də ona hazırlamışam.  


*Telefon zəng çalır:
- Həyatım?  
- Eşqimm, gülümmm....  
- Hardasan?  
-Dostlarımla oturmuşuq.  
- Hansı dostlarınla? Mən burda tək səninçün darıxarkən sən dostlarınla əylən!   :vur:
- Bax, dinləmirsən belə məni!
- Onsuz da bu gün heç mesaj da yazmamısan mənə. 
 

- (kə kə, yüngül kəkələyər vəziyyətdə) Aaa sevgilim?  
- Sus, sus!  
- Ordakı qızların feysi var? de! 

(səs: 5)
Şərhlər: 4
Baxılıb: 10 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri