Söylənməyən nə qaldı?

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 2 652
Səs ver:
(səs: 3)
Yağmur buraxmadan keçən buludlar kimiydi zehnimdəki düşüncələr,
Dilimə düşməyən, sözlərə çevrilməyən.
Mən sənə nə demədimki bu qədər zaman ərzində?
Hər zaman söylədiklərimdən çox idi söyləyə bilmədiklərim
Hər zaman bir bilinməz fəsildəki çiçəkləri qoxladıb, hiss etdirməyə çalışdım sənə.
Hər zaman bir az daha zaman itirdim səslənmək üçün sənə və hər zaman məğlub oldum.
Mən sənə nə demədimki bu qədər zaman ərzində?
Öz qaranlığında günəşə görünmək üçün qərar verən bir toxum kimiydim.
Çətin idi çıxmaq girdiyim torpaqdan.
Amma gözəl idi.
Həyatımın istiqamətləri dəyişirdi,
Yəni dəyişdirən sən idin istiqamətlərini həyatımın,
Hər zaman söylədiklərimdən çox idi söyləyə bilmədiklərim.
Buna görədə kəlimələrin ardı arası kəsilmirdi.
Sığışdıra bilmədiyim duyğu iki kəlimənin arasındakı boşluqda gizlidir.
Ona görədə yazdıqca barmaqlarım, dedikcə dilim qururdu cümlələri
Sənsiz darıxıram.
Səninlə yaşamaq üçün,
İçimdəsən!!!
Söylənməyən nə qaldı?
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri