Sevgisini etiraf etməkdən utananlara MƏSLƏHƏT

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 5068
Paylaş:
Səs ver:
(səs: 0)

Kimisə sevdiyiniz halda ona sevginizi etiraf edə bilməməyiniz normal bir haldır. Çünki siz onu həqiqətən sevirsiniz. Bu halda heç nədən qorxmayın. Qadinlar.Biz istinadən verdiyi xəbərə sevgisini etiraf etməkdən utanan, yaxud "yox” cavabından qorxanlar üçün bir neçə məsləhət təqdim edir.

 

1.Sevdiyiniz insana qarşı dürüst olun. İlk öncə onun sevgisini deyil, inamını qazanmağa çalışın. "Səni sevirəm” deməklə onun ürəyini qazana bilmərsiniz. Onunla dost olmağa çalışın.

2.Dost olduqdan sonra aranızda səmimiyyət yaranacaq. Onunla ciddi məsələ haqqında danışmaq istədiyinizi söyləyin. Ciddi məsələnin nə olduğunu o, artıq təxmin edəcək

3.Sevdiyiniz insanı hər ikinizin də rahat ola biləcəyiniz yerə dəvət edin. Çünki ətrafınızda dostlarınızın, ya da başqa adamların olması sizi utandıra bilər. Rahat olmağa çalışın.

4.Görüşdə dərhal onu sevdiyinizi deməyin. İlk öncə başqa şeylərdən danışın, necə olduğunu, gününü necə keçirdiyini soruşun. Yavaş-yavaş əsas məsələyə keçin. Sadəcə onun gözlərinə baxın və söhbətə başlamaq üçün ondan 1-2 dəqiqə istəyin. Susaraq onun gözlərinə baxmanızın ona qarşı nələr hiss etdiyinizin ifadəsidir. O, özü bunu anlayacaq. Çoxdandır ona demək istədiklərinizi, onu nə qədər sevdiyinizi qorxmadan söyləyin. Düşünməyin ki, "yox” cavabı ala bilərsiniz. Yaxşı olacağını düşünün. Bəlkə o da sizə qarşı laqeyd deyil?! Yox, əgər sevginizə qarşılıq almasanız, həmin insanla sadəcə dost qalmağa çalışın.                          

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 5068
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv