Müasibətlər bu səbəblərdən bitir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 094
Səs ver:
(səs: 1)

Dəyişdirmək;

  • Dəyişdirə biləcəyinizə inanmaq: Birini bəyəndiyiniz zaman, onu olduğu kimi sevirsiniz. Sonradan dəyişdirməyə çalışmaq və ya daha betəri dəyişdirə biləcəyinə inanmaq, yalnız sizin yanılmanız olacaq. İnsanlar dəyişilməz ya da çox az ehtimalla çətin dəyişər. Niyə dəyişməsi lazım olduğunu bir daha düşünün.

Köhnə sevgilər;

  • Müqayisələr: Tez-tez köhnə sevgiliylə və ya yoldaşla müqayisə etmələr; əlaqəni dinamit kimi partlatmaqdır. Köhnə ilə yeni arasında qalmayın. Bu iki fərqli insan, iki fərqli əlaqə forması deməkdir. Müqayisə etməyə davam etsəniz, bitirəcəyiniz tək əlaqə bu olmayacaq, hər vaxt əlaqələriniz tərs gedəcək və sizi bədbəxtliyə çəkəcək.
  • Köhnə sevgilim belə bir şey etməzdi ilə başlayan cümlələr: Sevgilinizi keçmişdəki əlaqələrə görə qiymətləndirmək edə biləcəyiniz ən pis səhvlərdən biridir. Kim köhnə sevgiliylə müqayisə edilmək istər? Əlaqənizi günün şərtlərinə görə qiymətləndirin və keçmişlə müqayisə etməyin. Qarşınızdakı adama şəfqət göstərərək, onu anlamağa çalışın.

Gələcək ilə əlaqədar planların uyğunlaşmaması;

  • Təməl Fərqliliklər: Sevgililərdən biri lüks gəmiylə okeanlar aşmağı, digəri isə taxta evdə günlərini keçirəcəyi bir tətili xəyal edirsə; əslində bu cütün əlaqəsində təməldə fərqliliklər olduğu ortadadır. Bir-biriylə uyğunlaşmayan istəklər, həyata baxışda təməl fərqliliklər, əlaqənin başında gözə dəyməsə də zaman keçdikcə böyük problem yaradır.

İdarəçilik;

Bir çox insan, əlaqəyə rədd edilmə qorxusuyla başlayır. Bu qorxu zamanla itirmə qorxusuna çevrilir. Əslində çox adi bir duyğudur. Amma bu qorxu ilə birlikdə, idarəçiliyin müxtəlif şəkilləri meydana gəlir.

  • Açıq idarəçilik: Günahlandırma və hirslilik, hirs keşikləri, şiddət, hökm etmə, tənqid etmə, lağ etmə kimi davranışları ehtiva edir.

Qısqanclıq;

  • Sevən insan qısqanar ehkamı: Bu qısqanclıq dənizində boğulanların özlərini quruya çıxarmaq üçün ortaya atdıqları bir fikirdir. Qısqanclıq bəzən çox aşağı dozalarda yaşansa həzz verə bilər ancaq o dozası bir az artarsa, qısqanclıq bir xəstəlikdir.

Maddiyyatçılıq;

  • Tək tərəfli: Əgər əlaqəyə partnyorlardan birinin maddi vəziyyəti və sosial vəziyətinin yaxşı olmağı ilə əlaqəli başlanmışdırsa, o zaman nə vaxtsa əlaqənin qırılması qaçınılmazdır. Əlaqə, ortaq məsuliyyətlərin yerinə yetirilməsiylə irəliləyə bilər. Məsuliyyət (maddi-mənəvi) tək bir tərəfin çiyinlərindədirsə, bu yükü daşıyan üçün də, qarşı tərəfdən ehtiyaclarını qarşılamasını gözləyən üçün də vəziyyət çətindir. Təbii əlaqəyə başladıqdan sonra da daha əvvəl var olmayan maddi çətinliklər baş göstərə bilər.

Hörmətsizlik;

  • Eqoizm: Qarşınızdakının şəxsi həyatına müdaxilə etmək, ona rahat nəfəs alacaq xüsusi bir sahə buraxmamaq, uşaq kimi danlamaq, davamlı tənqid etmək, hər anına müdaxilə etmək, dinləməmək, eqoistcə düşünmək, öz istəkləriniz üçün bir vasitə olaraq görmək, yoldaş və ailə əlaqələrinə müdaxilə … Öz etdiklərinizdən birinə mütləq rast gəldiniz deyilmi?
  • Alçaltma: Ən böyük mənfi duyğu alçaldılmaqdır. Əgər əlaqədə alçaltma varsa, əlaqəni xilas etmək, müsbət əlaqə qeyri-mümkündür. Hörmət olmayınca, əlaqənin təməli çox zəif qalır. Alçaltma adamın bir başa şəxsiyyətinə və varlığına zərər verir. Bu vəziyyətdə cütlər ayrılsa belə, adamın özünə inamına verilən zərər illərcə təsirini davam etdirir.
  • Yalan; -Problem səndə deyil, məndədir: Kişilərin ən çox istifadə etdikləri yalanlardan biridir. Sizdən ayrılarkən, ürəyinizin qırılmaması üçün ayrılma planlarının ön hazırlıqlarını edir. Görəsən problem həqiqətən kimdədir?
  • Bu əlaqənin həyəcanı qalmadı: Yeni həyəcanlar axtarışında olan və hər gecə başqa biri olmasını düşünən kişi, əlaqədən bezib deməkdir. Bu vəziyyəti düzəltmək üçün çalışmağa ehtiyac yoxdur. Çünki o hər zaman yeni həyacanlar axtaracaqdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri