Gizli ümid

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 775
Səs ver:
(səs: 4)
Bəzən özündən xəbərsiz sevərsən. Qarşılığı olmadan sevərsən. Ümidlə gözləyərək sevərsən. Qarşılıqsız sevginin ağrısı hər gün damla-damla dolar ürəyinə. Günlər keçdikcə o sənin ürəyinin ən dərinliyində məskən salar. Çünki ağrını da daha dərindən hiss edirsən. Bəzən düşünürsən layiq deyil sevgimə unutmalıyam. Bəzən ətrafdakılar sənin süni gülüşünü görərkən səndən bu sevgini unutmağını istərlər. Onların sözləri sanki bütün həqiqətləri sənə sübut edir. Ən əsası sənin bildiyin lakin qəbul edə bilmədiyin həqiqətləri qılınc kimi yaranın üstündən keçirərlər. O həqiqətlər ki, qarşılıqsız sevgini sənin ağlında, ürəyində, düşüncəndə, ümidində, xəyalında, arzunda əks etdirir. Sonra sən də anlayırsan ki, bu sevgini unutmalısan. Sənə, sevginə layiq olmayan birini qəlbindən, ürəyindən, ağlından silməlisən. Günlər keçsə də ürəyindəki nə sevgi nə ağrı azalmayır, düşüncəndəki onun varlığı itmir. Ətrafdakıların ərköyün gülüşləri ilə " Sən hələ unutmadınmı?" sualları gözünün önündə onu canlandırır. Ağlın daha sərt şəkildə söyləyir "Unutmalısan". Sanki ürəyində artıq anlayır ki, unutmalıdır. Amma...
Gəlin təsvir edək ki, ürəyimiz pilləkənlərdən ibarətdir. Ən yuxarı pilləkəndən başlayaraq ürəyin ən dərinliyinə pillə-pillə enək. 
Ən yuxarı pillə -"Unutdum artıq, mənim sevgimə layiqli deyildi" söyləyir 
Bir pillə aşağı enək -"Artıq düşünmürəmki..." söyləyir 
Bir pillə aşağı enək -"Unudacağam, bacarağam, unudacağam" söyləyir... 
Bir pillə də aşağl enək -"Unutmalıyam? Niyə? Məni sevmir deyə?"söyləyir... 
Bir pillə də aşağı enək -"Hələ də ümidlə gözləyirəm" söyləyir... 
Son pilləyə ürəyin ən dərinliyinə enək-"Mən hələ də onu sevirəm..." söyləyir... 
Bəzən biz unutdum desəkdə ürəyimizin ən dərinliyində bunu qəbul edə bilmirik. Ürəyimizin dərinliyində bir ümid yaşayır. O ümid hamıdan gizlənir. Hətta özümüzdən belə gizlənməyi bacarır. Bəlkə də o gizlənmir sadəcə biz axtarmayırıq. Oyundakı kimi o gizlənir biz isə axtarmaq əvəzinə gözümüzü yumub gözləyirik. Gözləyirik...
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri