Hekayəsiz insanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 903
Səs ver:
(səs: 4)
Gün gələcək. O, gün ki, mən yanında olmayacağam. Məni o gün axtarma. Həyatına davam et demişdim. O gün gəldi...
Unutma, məndən əvvəl də yaşayırdın, indi də yaşayacaqsan. Sadəcə gözəl günlərimizi unutma.Yadında qalsın keçən payızdakı gəzintimiz. Yağışı sevdiyini deyib, yağışdan qaçırdın. O an bir anlıq düşünmüşdüm, mənidə sevdiyini deyirdin çünki...
Artıq o sevgi bitib deyirsən. Canın sağ olsun. Qurumuş bir ağacı neyləsəmdə həyata qaytara bilmərəm. Eynilə bitən sevgini yenidən sənə qaytara bilmərəm. Bütün xoş xatirələri sənə qoyub gedirəm. Mənə sevgin lazım idi. Sevgi olmayandan sonra xatirələrin mənası yoxdur ki. Səndə sil getsin. Yeni səhifə aç bəmbəyaz. Yeni başlıq aç, yeni hekayə yaz. Amma yarıda saxlayıb cırıb tullama, bizimki kimi. Sona çatdır. Çatdir ki, sonda oxumağa bir hekayən olsun. İndiki yalnızlığı sonda düşün. Gördün nə qədər qorxuducudur..?
Məndə illər əvvəl düşünmüşdüm, qorxmuşdum. Sən bu qorxunu yox etmişdin məndə. İllər sonra bəlkədə sən gəzdiyimiz yerdən keçəndə məni düşünəcəksən. Zəng edib dostlardan məni xəbər alacaqsan. Bəlkədə çoxu deyə bilməyəcək. Amma içlərindən biri kəderli şəkildə öldü deyəcək. O an gözlərin dolacaq, kədər səni boğacaq. Bəli, mən hekayəsi yarımçıq qalmış insanlardan olacam. Narahat olma nə birinciyəm nə axırıncı. Çalış, sən mənim kimilərin sırasında olma. Əlvida...

Müəllif:Cəmil Həmid
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri