Təəssüflənirəm

Müəllif: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2382
Paylaş:
Səs ver:
(səs: 1)
Mahnılar dinləyirəm amma hiss etmirəm. Heç bir xoş anı xatırlamıram. Hisslərim, duyğularım, yazmağa cəhd etdiklərim yaza bilmirəm. ən pisi də mən artıq danışa da bilmirəm. heç kəslə danışa bilmirəm. hissizləşirəm get gedə. Kimlərsə ən sevdikləri insanlardan ayrılıb yanımda ağlayanda onlara yazığım belə gəlmir. Bir dəfə itirəndən sonra növbədəkilərə "onsuz da gedəcəklər, tərk edəcəklər" deməkdən vaz keçə bilmirəm. Sabahları yemək yeyirəm. hər şeyi öz fəslində yeyirəm artıq. Sağlam yaşamağa qərar vermişəm. İstəmirəm heç kəs ölsün. Qorxuram bəzən, maşının məni vura bilmə ehtimalını qəbul edirəm amma ən sevdiyim insanları vurmasından çox qorxuram. Mahnıları ən yüksək səslə dinləyirəm artıq. Bəlkə hiss edə bilərəm deyə. Amma eşidə bilmirəm, darıxmıram artıq, kim üçünsə darıxa bilmirəm. Köləsi olacaq qədər çox sevdiklərimin dəyişməsini qəbul edə bilmirəm. Heçnə bilmirəm...
Mən dəyişirəm. Amma dəyişmək istəmirəm. Sən yox olursan, gözümü yumanda artıq gözümün qarşısında siman olmur. Səsini də unutmağa başlayıram. Bütün bunların sonu hara gedir bilmirəm. Qorxur ama sonumu görə bilmirəm. Hərdən ən kiçik şeylərdə belə ürəyimi sinəmdə hiss edirəm, necə döyündüyünü eşidirəm hərdən küçəyə çıxıb saatlarla yeriyirəm. Küçələrə tüpürəcək qədər iyrəncləşirəm hərdən. Heç vaxt etmərəm dediyim şeyləri sırf inad olsun deyə edirəm. Deyəsən dəli oluram. Ağlaya bilmirəm. Buna təəssüflənirəm. Artıq gözüm belə dolmur. Kaş ağlaya bilsəm deyirəm hərdən. Yuxularımda belə görə bilmirəm artıq səni. Ən çox da bunu itirdiyim üçün təəssüflənirəm...

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2382
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv