Sevgilinizlə aranızdakı münasibəti gücləndirməyin sirri məhz sehirli sevgi sözlərindədir. Münasibətin dinamizmini qoruyan, mütləq deyilməli olan sözlər Qadınlar.Biz-də!
"Səni sevirəm” sözü yəqin ilk ağla gələndir. Bəli, bu söz var, əlbəttə,
amma təkcə bu, deyil. Qarşı tərəfin ruhunu oxşayacaq, sizə olan
sevgisini çoxaldacaq başqa cümlələr də olduğunu unutmayın.
Sizdə yaxşı hislər yaratdığını bilmək sevgilinizin özünəinamını gücləndirəcək və sizi daha xoşbəxt hiss etdirmək üçün həvəsləndirəcək.
Hər kəs münasibətlərinin uzun müddətli, ömrünün axrınacan olmağını
arzulayır. Bax, bu cür cümlələr qarşımızdakını qiymətləndirdiyimizi
göstərir.
Sevgilinizin sizin üçün etdiyi gözəl şeylərə mütləq təşəkkür edərək qarşılıq vermək münasibətlərin ən sağlam təməlidir.
Həmişə siz haqlı olmalı deyilsiniz ki! Haqsız olanda bunu qəbul etmək və
üzr istəmək sizin böyüklüyünüzdür. Bunu etməsəniz, qürurlu yox, əksinə,
çox itici olarsınız.
Pivə qapağı açmaqdan tutmuş ən böyük bacarığına qədər partnyorunuzun
hansı sahədə yaxşı olduğunu sizdən başqa bilən olmaz. Partnyorunuzun
bacarıqlarını bəyənmək onun özünə əminliyini artıracaq, bu da
münasibətinizə müsbət təsir göstərəcək.
Münasibətiniz nə qədər uzun olursa olsun, sevgiliniz sizin üçün sıxıcı olmadığını bilmək istəyir. Bunu ona xatırladın.