Sevgi nədir birdənəm?

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 3 502
Səs ver:
(səs: 3)
Sevgi nədir birdənəm? – soruşdu məndən həyatımın qadını.
Düşüncələrə daldım bir müddət. Hələdə əlləriylə əllərimi isidir, hələdə gözlərimdədi qara bəbəkləri. Azca təbəssüm və bol sevgiylə. `Sevgi nədir birdənəm?` sual təkrar-təkrar qulaqlarımda eşidilirdi. Cavab - yox axtarmırdım. Təşvişə də düşməmişdim. Adətən çıxılmaz vəziyyətdə olan insanlar bilmədiyi suallar qarşısında həyəcanlanır, təşvişə düşür gözlərini tez-tez hərəkət etdirirlər ətrafda. Mən isə bu sualın cavabını doğuluşumdan bəri hər saniyəmdə təkrarlayırdım, gözlərimi də heç ətrafa qaçırtmırdım, iri göz bəbəklərim qarşımdakı stolda oturub Bakının qarsız havasının küləyində azca üşüyüb titrəyən, gələcəyimin yaxşı, pis günlərinin yoldaşı olan qadına, sevdiyimə baxırdı. O da mənə. Sual verdiyini deyəsən unutmuşdu. Maraqla baxırdı. Gözlərimi bir film pərdəsi edib bütün gələcək həyatımızın kadrlarını görürdü orda, dərinliklərdə. Eləcə donub qalmışdıq sanki. Təkcə ürəylərimizdə sevgimizdən qurulan bir ocaq işləyirdi, isidirdi, yaxınlaşdırırdı.
`Sevgi nədir birdənəm?` - cavablandırmaq istəyirdim, amma onun qara bəbəklərindən ayrılmaq mümkün deyildi. Susub oturmuşduq - hansısa bir kafenin brend stollarında. Razı idim, zaman donsun biz beləcə qalaq aylarla, illər və əsrlərlə. Bir gün bir yazarın qələmindən biz "çıxaq” istərdim. Gələcək nəsillərə müqəddəs sevgimizin örnək olmasını istəyirdim elə bu andaca. İkimizdə birgə xəyallarımızı yaşayırdıq sanki sual qarşısında qalan susqunluğumuzda, sükutda. Mən onun gözlərində yaşayırdım, o mənimkilərdə.
Gözəl gün idi həmin gün. Əsl sevgi günü...
Sükutu pozmalı idim artıq. Saatlardı beləcə durmuşduq. Gözlərimiz bir-birində dərin xəyallara dalıb, əllərimiz isə sevgimizin təsirini öz oxşamalarıyla bir-birinə sübut edir sanki. Azca təbəssümlə dərindən bir nəfəs çəkdim və uzun müddətlik davam edən sakitliyi pozdum:
Günəşimmm...
Can...
Sevgi sənsən mələyim, sevgi sənsən mənim üçün. Sən olmasaydın əgər, o hissdən xəbərsiz bir insan yaşayacaqdı indi. Səni gətirməsəydi əgər o təsadüfi görüş mən elə əvvəki kimi yaşamağa davam edəcəkdim. 2012-nin martı bəxş etdi səni mənə. O təsadüfi görüş yadındamı sevdiyim, elə ilk baxışda məhəbbətin nə demək olduğunu onda bildim mən. Yadındamı, bircə dəfə baxmağımla gözlərimi ayıra bilmədim səndən. Gözəlliyindən dilim tutulmuşdu sanki, nitqim qurumuşdu. Danışa bilmirdim. Yadındamı günlərlə məni "süründürməyin”. Günlərlə hazırlığa gözlərimə ötürdüm səni. Orda uca bir ağac var idi, kursun qapısı ordan yaxşı görsənirdi. O ağaca söykənib dərs vaxtının bitməsini gözləyirdim. Saatlarla gözlərimi çəkməzdim qapıdan, sən çıxana kimi. Çünki sevirdim birdənəm. Səni gördüyüm andan, saniyədən bəri sevirdim. İlk baxışda məhəbbətimdin mənim. Yaşaya bilməzdim sənsiz. Əsl sevgini tapmışdım, gözlərində alovlanan hisslərimi tapmışdım artıq. Sevgi bu imiş. Sevgi sən imişsən gülüm. Xoşbəxtlik rəmzimsən mənim, yalnız səninlədir mənim işıqlı gələcək yolum. Sevgi sənsən birdənəm.
Səni doğulduğum, nəfəs aldığım andan bəri torpağın istiyə alışdığından bəri, uşaqlıqda təkbaşıma oynadığım oyunlardan bəri sevirəm. Heç görmədən bildiyim, görüncə tanıdığımsan. Yanımda yoxkən sən məndə varsan, yanımda varkən mən səndə yox oluram. Sevgi sənsən mənim üçün. Həyat sənsən mənim üçün. Yaşamaq sənsən mənim üçün. Sən...
Susmuşduq ikimizdə. Gözlərimiz danışırdı. Sevginin necə gözəl hiss olmağını sevgililərin günündə anladırdı bir-birinə gözlərimiz. Qara bəbəklərimiz. Anladırdı. Sevinirdi...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri