Payız sevgilim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 580
Səs ver:
(səs: 0)
Bu il yenə tez soyudu havalar. İlıq payız yaşaya bilmirəm. Fəsildəmi naz edir sənin kimi sevgili? Tökdüyü yarpaqların rəngini, yağışını sevdiyim üçünmü belə sərt olur? Sənin kimi. Soyuq və eqoist. Yenə qalın paltarların sezonu tez açıldı, özümü biləndən heç üşüməklə aram yoxdu. Amma bu fəsili yaşaya bilmək üçün qalın geyinməliyəm, səni yaşaya bilmək üçün vecsizliyi geyindiyim kimi. Axşamları pəncərəmi bağlayıram payıza, gecələri daha bir soyuq olur sanki. Küləyin səsi pəncərədən qulağıma pıçıldayır sanki sərtliyini, eşitməməzliyə vururam özümü isti otağımda. Necədə sənə bənzəyir payız. Sənin sərtliyindən qaçmaq üçün öz yalnızlığıma sığınıram. Vecsizlik deyirəm buna, amma bilirəm belə deyil, qırılmağa alışmaqmıdır nədir?
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri