Öz dünyam

Müəllif: MALIS
Şərhlər:
Baxılıb: 959
Paylaş:
Səs ver:
(səs: 1)
Mənim içimdəki dünyadan da məni qovanda qəlbim
Anladım ki, bu dünyanı eləməliyəm öz dünyam
Xəyallarda yaratdığım şəhzadənin çıxdım axtarışlarında boz binaların altında
Döyüşlər, ölümlərlə üz-üzə dəqiqələrin rəqsi
Cəllad oldu əqrəblər saatrlarımın başını kəsdi
Keçdi günlər tapdım ümidi mahnılarda
Gecələrim, neçə soyuqda neçə payızda gecəni küçədə gecələdim
Qaraladım, səpələdim sətiri doldu səhifələr
Mən ümidi bağladım zəncirlə qaçmasın bu həftələr
Bu pərdələr cırılacaq,bu divarlar da söküləcək
Düşmənlərim bağışlanmaq arzusunda düzüləcək
Mən inana bilmirəm ki, tab gətirər başqa kimsə bu qədər dərdə
Beynimin hücrələrini dağıdır şeytan şüphələrlə
Qapısı bağlı Yaradanın, daş atanda pəncərəsinə
Tutdu qəzəbi, qırdı qanadı, tulladı insan dərəsinə
Mən gəlməmişdən əvvəl mələylər verdilər silah
Bu istedaddı sanki çiyinlərdə görünməz qanad
Bu istedaddı köməyim olur amma qoymur yatmağa
Mən gəlməmişəm şair olmağa yada ad ucaltmağa
Məndən zəhlən getsin, nifrət elə, istəsən söy məni!
Necə danışmasın dilim əgər görürsə gözlərim?
Necə gülüm əgər ağlayırsa yetim körpələr?
Necə xoşbəxt olum qəribəmsə doğma bölgədə?
Bir qış, bir albom yanlız içimdəki hislər
Mənə sual vermə cavabını artıq verib gözlər
Mənə köməyi olmaz onda minnət edəcəksənsə
Nəyə gərəkdi qürur axır əvvəl sevəcəksənsə
Boş sualların cavabları da boş!
Boş inamların savabları da boş! Allahları da daş!
Gözlərində qış, necə təbəssüm intaharlarında taqətsiz
Yolçu qəlbim yollar ortasında istiqamətsiz.

Müəllif: Malis 
 

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 959
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv